Prezident İlham Əliyev Göyçayda Şahmat Məktəbinin açılışında iştirak edib
Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçaya səfəri çərçivəsində Şahmat Məktəbinin açılışında iştirak edib.
Prezident İlham Əliyev polo idman növü üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.
Ağsu Şahmat Məktəbi yenidənqurmadan sonra istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib.
Ağsu İdman Kompleksi istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu rayonuna səfəri çərçivəsində İdman Kompleksinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli aktyor və rejissor Stiven Siqalı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də dünya şöhrətli aktyor və rejissor Stiven Siqalı qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidentini və baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyanı və baş katibi Frans Şrayberi qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə nitq söylədi.
İlk Avropa Oyunlarının 15-ci günündə Azərbaycan boksçuları daha iki qızıl medal qazanıblar Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim edib
İyunun 26-da birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycanın aktivinə daha iki qızıl medal yazılıb. Boksçularımız Elvin Məmişzadə və Kollazo Sotomayor birinci Avropa Oyunlarının çempionları olublar.
İlk Avropa Oyunlarında Azərbaycanın aktivinə növbəti qızıl medalı İlham Zəkiyev yazıb Qalib idmançılara medalları Prezident İlham Əliyev təqdim edib
İyunun 26-da birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçular mübarizəyə qoşulublar. Yarışların favoriti İlham Zəkiyev yenə də xalqımıza qələbə sevinci yaşadıb, Azərbaycana daha bir qızıl medal qazandırıb.
Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
İyunun 26-da Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsini təqdim edib.
Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib
İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib.
“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Son 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.
Prezident İlham Əliyev birinci Avropa Oyunlarının boks yarışlarında qalib gələn idmançılara medalları təqdim edib
İyunun 27-də birinci Avropa Oyunlarının kişilər arasında boks yarışlarında Azərbaycanın aktivinə daha üç qızıl medal yazılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Kişilərin idman gimnastikası yarışlarının qaliblərinə medalları Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib
İyunun 18-də birinci Avropa Oyunlarının idman gimnastikası yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşib. Kişilərin yarışında çıxış edən Azərbaycan atleti Oleq Stepko birinci Avropa Oyunlarını gümüş medalla başa vurub. Onun mükafatlandırılması mərasimində Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da iştirak edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qadın voleybolçularımızın belçikalı rəqibləri ilə görüşünü izləyib
Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunları çərçivəsində iyunun 19-da qadınlar arasında voleybol yarışları keçirilib.
Prezident İlham Əliyev Azərbaycanın aktivinə yazılan 13-cü qızıl medalı ilk Avropa Oyunlarının çempionu Radik İsayevə təqdim edib
Birinci Avropa Oyunlarında taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da bütün rəqiblərinə qalib gələn Azərbaycan idmançısı Radik İsayev qızıl medalın sahibi olub.
«3 gün ərzində 6 qızıl medalın qazanılması çox yüksək nəticədir»
Azərbaycan idmançıları Avropa Oyunlarında çıxışlarını davam etdirirlər. Artıq 3 yarış günü geridə qalıb və bu günlər ərzində idmançılarımız 6 qızıl, 2 gümüş, 5 bürünc medal qazanıblar. Gənclər və idman naziri Azad Rəhimov idmançılarımızın çıxışları ilə bağlı fikirlərini KİV nümayəndələri ilə bölüşərkən deyib:
Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medalı yunan-Roma güləşçisi Rəsul Çunayev yazdırıb Ona “Bakı-2015”-in qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib
İyunun 13-də birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazıldı. Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan pəhləvanı Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.