İlk Avropa Oyunlarının 15-ci günündə Azərbaycan boksçuları daha iki qızıl medal qazanıblar Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim edib
İyunun 26-da birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycanın aktivinə daha iki qızıl medal yazılıb. Boksçularımız Elvin Məmişzadə və Kollazo Sotomayor birinci Avropa Oyunlarının çempionları olublar.
İlk Avropa Oyunlarında Azərbaycanın aktivinə növbəti qızıl medalı İlham Zəkiyev yazıb Qalib idmançılara medalları Prezident İlham Əliyev təqdim edib
İyunun 26-da birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçular mübarizəyə qoşulublar. Yarışların favoriti İlham Zəkiyev yenə də xalqımıza qələbə sevinci yaşadıb, Azərbaycana daha bir qızıl medal qazandırıb.
Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
İyunun 26-da Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsini təqdim edib.
Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib
İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib.
“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Son 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.
Prezident İlham Əliyev birinci Avropa Oyunlarının boks yarışlarında qalib gələn idmançılara medalları təqdim edib
İyunun 27-də birinci Avropa Oyunlarının kişilər arasında boks yarışlarında Azərbaycanın aktivinə daha üç qızıl medal yazılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Kişilərin idman gimnastikası yarışlarının qaliblərinə medalları Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib
İyunun 18-də birinci Avropa Oyunlarının idman gimnastikası yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşib. Kişilərin yarışında çıxış edən Azərbaycan atleti Oleq Stepko birinci Avropa Oyunlarını gümüş medalla başa vurub. Onun mükafatlandırılması mərasimində Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da iştirak edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qadın voleybolçularımızın belçikalı rəqibləri ilə görüşünü izləyib
Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunları çərçivəsində iyunun 19-da qadınlar arasında voleybol yarışları keçirilib.
Prezident İlham Əliyev Azərbaycanın aktivinə yazılan 13-cü qızıl medalı ilk Avropa Oyunlarının çempionu Radik İsayevə təqdim edib
Birinci Avropa Oyunlarında taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da bütün rəqiblərinə qalib gələn Azərbaycan idmançısı Radik İsayev qızıl medalın sahibi olub.
«3 gün ərzində 6 qızıl medalın qazanılması çox yüksək nəticədir»
Azərbaycan idmançıları Avropa Oyunlarında çıxışlarını davam etdirirlər. Artıq 3 yarış günü geridə qalıb və bu günlər ərzində idmançılarımız 6 qızıl, 2 gümüş, 5 bürünc medal qazanıblar. Gənclər və idman naziri Azad Rəhimov idmançılarımızın çıxışları ilə bağlı fikirlərini KİV nümayəndələri ilə bölüşərkən deyib:
Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medalı yunan-Roma güləşçisi Rəsul Çunayev yazdırıb Ona “Bakı-2015”-in qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib
İyunun 13-də birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazıldı. Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan pəhləvanı Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Olimpiya Ailəsinin üzvləri üçün qəbul Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün qəbul təşkil edilib.
Azərbaycan Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə qaliblərə medalları təqdim edib
Birinci Avropa Oyunlarının üçüncü günündə yunan-Roma güləşçilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.
Prezident İlham Əliyev I Avropa Oyunlarında idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı, Heydər Əliyev Fondunun vitse-prezıdenti Leyla Əliyeva iyunun 8-də birinci Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da yaradılan şəraitlə tanış olublar. Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olub
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olublar.
Azərbaycanın bölgələrinə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdıran “Bakı-2015”-in məşəli paytaxta gətirildi
Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”-in başlamasına sayılı günlər qalır. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak edib
İyunun 5-də Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev: Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir
Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Eyni zamanda, biz bunu Azərbaycana beynəlxalq miqyasda göstərilən marağın təzahürü kimi dəyərləndiririk. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib.
Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
Mayın 25-də Bakıda birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışlarda iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Veloparkın açılışında iştirak edib
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Veloparkın açılışında iştirak ediblər. Dövlətimizin başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxdılar.
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev