AZAD RƏHİMOV-50
Hörmətli Azad müəllim! Sizi anadan olmağınızın 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik! Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafında və kütləviləşməsində, gənclərlə iş sahəsində Sizin böyük əməyiniz vardır.
Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib.
Beyləqanda Mərkəzi Şəhər Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub.
Beyləqanda şahmat məktəbi istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqan rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.
Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda idmanın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
“Fəal ailəm, sağlam aləm” layihəsi bu dəfə Xaçmazda
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti ilə birgə reallaşdırdığı “Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində avqustun 23-də Xaçmaz Olimpiya İdman Kompleksində ailəvi idman yarışı keçirilib.
Nankində ölkəmizi təmsil edəcək idmançılarla görüş keçirildi
Avqustun 11-də Milli Olimpiya Komitəsində (MOK) Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirildi.
Müasir Olimpiya Hərəkatının 120 illiyi qeyd ediləcək
İyunun 23-də Dənizkənarı Bulvarda müasir Olimpiya Hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 120 illiyi münasibətilə “Gənclərin Olimpiya və sağlamlıq festivalı” keçiriləcək.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının “Olimpiya mükəmməlliyi” xüsusi fəxri mükafatı təqdim edilmişdir
Iyunun 16-da Afinada Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının “Olimpiya mükəmməlliyi” mükafatı təqdim edilmişdir. Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşıladı.
MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti cənab Çingiz Hüseynzadəyə
30 may-1 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində yeniyetmələr arasında keçirilmiş Yeniyetmələr arasında Atletika üzrə Avropa Təsnifat Turnirini qürurla xatırlayırıq.
Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir
Mayın 29-da Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri ilə görüşmüşdür
Mayın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem ilə görüşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin xüsusi müşavirini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hiratanı qəbul etmişdir.
Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilmişdir Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AİPS-nin 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
Gənclər və İdman nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanatı
Gənclər və İdman Nazirliyi (GİN) və Milli Olimpiya Komitəsi (MOK) 18 ağırlıqqaldıranımızın dopinq qalmaqalı ilə üzləşməsi və Beynəlxalq Ağır Atletika Federasiyası (BAAF) tərəfindən idmançılarımıza sanksiyalar tətbiq edilməsini məyusluq hissi ilə qarşılayır.
“Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində əməkdaşlıq memorandumu imzalandı
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti arasında “Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri aprelin 17-də Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olmuşlar.
Bakıda Milli Gimnastika Arenasının açılışı olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir
Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti Zati -aliləri cənab İlham Əliyevə
Zati-aliləri! Möhtərəm cənab Prezident! Hazırda Olimpiya Stadionunun işıqları söndürülmüş və idmançılar öz vətənlərinə geri dönmüşlər. İcazə verin Soçi Qış Olimpiya Oyunlarında bizimlə bərabər olduğunuz üçün Sizə bir daha minnətdarlığımı bildirim.
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir
“2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. Bakı-2015 Avropa Oyunlarının iştirakçıları ölkəmizdə möhtəşəm bir tədbirin şahidi olacaqlar. Bunun üçün Azərbaycan hökuməti tərəfindən lazımi tədbirlər həyata keçirilməkdədir”.
Antalyada Bakı-2015 ilk Avropa Oyunlarının təqdimatı keçirilmişdir
Xəbər verdiyimiz kimi, aprelin 6-dan 11-dək Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 3 minə yaxın idman nümayəndəsinin iştirak etdiyi V Beynəlxalq “SportAccordConvention” konvensiyası keçirilir.
Cim Şerr: “Bakıda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı olacaq”
“Azərbaycan Bakı-2015 ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək”.
“Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir Toplantıda Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak etmişdir
Aprelin 3-də “Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir. Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul etmişdir.
Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Monako Knyazı II Albert ilə görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də ölkəmizə səfərə gəlmiş Monako Knyazı II Albert ilə görüşmüşdür.
Azərbaycanın rəsmi nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak edəcək
Noyabrın 22-23-də İtaliyanın Roma şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyası keçiriləcək.
MDB və Baltikyanı ölkələrin milli Olimpiya komitələrinin regional Forumu keçirilib
Oktyabrın 9-da Qazaxıstanın Almatı şəhərində MDB ölkələrinin milli olimpiya komitələrinin regional Forumu öz işinə başlayıb.