Təhsil müəssisələri arasında keçirilən VIII Spartakiadaya yekun vurulub
Respublika Bədən Tərbiyə və İdman Mərkəzinin kütləvi idman tədbirlərinin təqvim planına əsasən, 2015-ci il tədris ilinin birinci yarısında respublika ümumtəhsil və ilk peşə təhsili müəssisələrinin şagirdləri arasında VIII Spartakiada keçirilib.
«Neftçi İdman Klubu»nun idman xronikası
Aprelin 16-19-da Heydər Əliyev adına İdman Arenasında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnirə yekun vurulub.
Lənkəranda stolüstü idman növləri üzrə yarış keçirilib
Azərbaycanda idmana göstərilən xüsusi dövlət qayğısı təkcə Bakıda deyil, bölgələrdə də bu sahənin inkişafına müsbət təsir göstərir.
Azərbaycan təmsilçisi atçılığın konkur növü üzrə beynəlxalq turnirin qalibi olub
Belçikanın Lanaken şəhərində atçılığın konkur növü üzrə CSİ3* kateqoriyalı beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi Patrik Makenti təmsil edib.
Bu günün “şahinlər”i sabahın əsgərləridir
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması ücün məktəblərdə tədris olunan “Gənclərin çağırışaqədərki hərbi hazırlıq” fənni böyük əhəmiyyətə malikdir. Mənim də təhsil aldığım 70 nömrəli məktəb-liseydə (Nizami rayonu) bu fənni bizə ehtiyatda olan mayor Mayis Quliyev tədris edir.
«Neftçi İdman Klubu»nun idman xronikası
«Neftçi İdman Klubu»nun yetirmələri Yaşar Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq) və Murad Süleymanov (74 kq) və komandanın uğur qazanmasında əvəzsiz rol oynayıb
“OlimpSport” jurnalının növbəti sayı işıq üzü görüb
Nəşrdə ölkə başçısının Avropa Oyunlarına hazırlıqla bağlı bir sıra idman obyektlərinin açılışında iştirakı, İV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinə həsr olunmuş imzalanma mərasimi, ölkənin idman rəsmilərinin və nümayəndələrinin bu ilin iyun ayında ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları haqqında fikirləri, yunan-Roma yığmasının tarixi qələbəsi və s. barədə maraqlı materiallar yer alıb
“Şahinlər” hərbi idman və turizm oyunlarının final mərhələsi keçirilib
Xətai rayonunun məktəbliləri arasında “Şahinlər” hərbi idman və turizm oyunlarının final mərhələsi keçirilib.
IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb
Aprelin 7-də “Fairmont Baku” otelində IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb
Avropa yeniyetmələrinin Olimpiya festivalı Tbilisidə keçiriləcək
İyulun 25-dən avqustun 2-dək Tbilisidə keçiriləcək Avropa gənclərinin Olimpiya festivalında 49 ölkədən 3800 idmançı birincilik uğrunda mübarizə aparacaq
"Neftçi İdman Klubu»nun idman xronikası
"Neftçi İdman Klubu»nun yetirmələri fərqləniblər
“Yüksək nailiyyətlər qazanmaqla Azərbaycan güləşinə öz töhfəmizi verəcəyik”
Ölkə idmanının inkişafında respublikamızda fəaliyyət göstərən Olimpiya idman komplekslərinin, klubların və idman cəmiyyətlərinin mühim rolu var. Azərbaycanda yüksək səviyyədə inkişaf etmiş idman növlərindən biri də güləşdir. Bu növ üzrə ən mötəbər yarışlarda idmançılarımız yüksək nailiyyətlər qazanıblar. Qazanılan bu uğurlarda ölkəmizdə fəaliyyət göstərən klublar mühüm rol oynayırlar. Güləş üzrə tanınmış idman ocaqlarından biri də Xosrov Cəfərov adına klubdur.
Mərhum alpinistin kitabı işıq üzü görüb
Ötən il ABŞ-da faciəvi şəkildə həlak olan azərbaycanlı alpinist Murad Aşurlının “Öz Everestini tapmaq” adlı kitabının təqdimatı keçirilib.
Qadın hokkeyçilərimiz Olimpiya oyunlarına vəsiqə qazana bilərlər
Fevral ayında Uruqvayın Montovideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandasının 8 iştirakçı arasında III yeri tutması barədə məlumat vermişdik.
Həmvətənimiz birincilikdə nailiyyət qazanıb
Rusiyanın Murmansk vilayətində akrobatik cığırda tullanma üzrə şəhər birinciliyi keçirilib. Turnirdə Murmanskdan və Koladan 20 idmançı iştirak edib. Hər bir iştirakçının nəticələri dörd hərəkətin yekunlarına görə müəyyənləşib. Gənc akrobatlar təcrübəli idmançılar ilə bir yerdə mübarizə aparıblar.
Olimpiya çempionunun başına nə gəldi?
Olimpiya çempionunun başına gələnlər ölkəsinin idmansevərlərinin kədərinə səbəb olub
Badmintonçularımız Rumıniyada mübarizə aparıblar
Martın 12-15-də Rumıniyanın Timişuara şəhərində badminton üzrə beynəlxalq turnir keçirilib. Ənənəvi yarışda 33 ölkədən 169 badmintonçu qüvvəsini sınayıb.
“Neftçi idman klubu” İB-in İdman xronikası
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığması G1 kateqoriyalı “Qatar Open” beynəlxalq turnirində qüvvəsini sınayıb.
Yüksək ixtisaslı bədən tərbiyəsi mütəxəssisləri hazırlayan ali təhsil ocağı
Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin gənclərin fiziki və mənəvi inkişafı istiqamətində atdığı addımlar öz müsbət nəticəsini verməkdədir. İstedadlı uşaq və gənclər önə çəkilir, onlara etimad göstərilir. Gənc nəslin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilir.
Azərbaycan triatlonçusu “ehramlar ölkəsi”ndə birinci yeri tutub
Azərbaycanın triatlon üzrə yığma komandası bu il beynəlxalq yarışlarda ilk medalını qazanıb. Həmin medalı ölkəmizə Rostislav Pevstov qazandırıb. O, Misirin Hurqada şəhərində keçirilən açıq Afrika kubokunda birinci yerə layiq görülüb. Həmçinin Rostislav Olimpiya oyunlarına vəsiqə əldə etmək üçün öz aktivinə reytinq balları da yazıb.
Yasamalda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi
Martın 4-də Yasamal rayon İcra Hakimiyyətinin akt zalında “Bakı-2015 I Avropa Oyunları -100 gün” və 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, millət vəkili Ülvi Quliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Pekin-2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər. Toplantının əvvəlində akt zalının foyesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş rəsm işlərindən ibarət sərgi və film nümayiş olundu.
İdmanın gənclərin həyatında rolu və onun mahiyyəti
Artıq bütün dünya Azərbaycan Respublikasını idman dövləti kimi tanıyır. Buna möhtərəm Prezidentimiz İlham Əliyevin idmanımıza və idmançılarımıza göstərdiyi qayğı nəticəsində nail olunub. Beynəlxalq miqyaslı idman tədbirlərinin ölkəmizdə keçirilməsi və ilk Avropa Oyunlarının Bakıya həvalə edilməsi Azərbaycanın beynəlxalq nüfuzuna əyani sübutdur. Uzun illər boyu ömrünü idmana və idmanın tədrisinə həsr edən bir pedaqoq kimi, bu hal məni çox sevindirir. Ölkəmizin idman həyatında baş verən hadisələri daim izləyir və qazanılan uğurlara görə qəlbim qürurla döyünür. Çoxillik pedaqoji təcrübəyə əsaslanaraq, bəzi fikirlərimi bölüşmək istərdim.
Azərbaycan Tibb Universitetinin komandası dama yarışlarının qalibi olub
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XII Respublika Universiadası keçirilməsinə qərar verilib. Təqvim planına idmanın 12 növü - şahmat, dama, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis, voleybol, basketbol, həndbol, badminton, atletika və üzgüçülük daxildir.
Kişi hokkeyçilərimiz mötəbər yarışa yollanıblar
Növbəti yay Olimpiya oyunlarında iştirak etmək hüququnu reallaşdırmaq üçün Azərbaycanın qadın və kişi otüstü hokkeyçilərdən ibarət milli komandaları Dünya Hokkey Liqası turnirinin mərhələ yarışlarında mübarizə aparırlar.
Açıq birincilikdə fərqlənənlərə mükafatlar təqdim edilib
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun qılıncoynatma idman növü üzrə qadınlar və kişilər arasında açıq birinciliyi keçirilib.
İdman ictimaiyyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir
Sənaye işçiləri stolüstü tennis turnirində
“Neftçi İdman Klubu” İctimai Birliyi SOCAR-ın idarə və müəssisələrində çalışan neft, qaz və kimya sənayesi işçiləri arasında stolüstü tennis üzrə növbəti turnir keçirdi.
SON XƏBƏRLƏR
Medal sayı
Facebook