Həmvətənimiz birincilikdə nailiyyət qazanıb
Rusiyanın Murmansk vilayətində akrobatik cığırda tullanma üzrə şəhər birinciliyi keçirilib. Turnirdə Murmanskdan və Koladan 20 idmançı iştirak edib. Hər bir iştirakçının nəticələri dörd hərəkətin yekunlarına görə müəyyənləşib. Gənc akrobatlar təcrübəli idmançılar ilə bir yerdə mübarizə aparıblar.
Olimpiya çempionunun başına nə gəldi?
Olimpiya çempionunun başına gələnlər ölkəsinin idmansevərlərinin kədərinə səbəb olub
Badmintonçularımız Rumıniyada mübarizə aparıblar
Martın 12-15-də Rumıniyanın Timişuara şəhərində badminton üzrə beynəlxalq turnir keçirilib. Ənənəvi yarışda 33 ölkədən 169 badmintonçu qüvvəsini sınayıb.
“Neftçi idman klubu” İB-in İdman xronikası
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığması G1 kateqoriyalı “Qatar Open” beynəlxalq turnirində qüvvəsini sınayıb.
Yüksək ixtisaslı bədən tərbiyəsi mütəxəssisləri hazırlayan ali təhsil ocağı
Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin gənclərin fiziki və mənəvi inkişafı istiqamətində atdığı addımlar öz müsbət nəticəsini verməkdədir. İstedadlı uşaq və gənclər önə çəkilir, onlara etimad göstərilir. Gənc nəslin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilir.
Azərbaycan triatlonçusu “ehramlar ölkəsi”ndə birinci yeri tutub
Azərbaycanın triatlon üzrə yığma komandası bu il beynəlxalq yarışlarda ilk medalını qazanıb. Həmin medalı ölkəmizə Rostislav Pevstov qazandırıb. O, Misirin Hurqada şəhərində keçirilən açıq Afrika kubokunda birinci yerə layiq görülüb. Həmçinin Rostislav Olimpiya oyunlarına vəsiqə əldə etmək üçün öz aktivinə reytinq balları da yazıb.
Yasamalda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi
Martın 4-də Yasamal rayon İcra Hakimiyyətinin akt zalında “Bakı-2015 I Avropa Oyunları -100 gün” və 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, millət vəkili Ülvi Quliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Pekin-2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər. Toplantının əvvəlində akt zalının foyesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş rəsm işlərindən ibarət sərgi və film nümayiş olundu.
İdmanın gənclərin həyatında rolu və onun mahiyyəti
Artıq bütün dünya Azərbaycan Respublikasını idman dövləti kimi tanıyır. Buna möhtərəm Prezidentimiz İlham Əliyevin idmanımıza və idmançılarımıza göstərdiyi qayğı nəticəsində nail olunub. Beynəlxalq miqyaslı idman tədbirlərinin ölkəmizdə keçirilməsi və ilk Avropa Oyunlarının Bakıya həvalə edilməsi Azərbaycanın beynəlxalq nüfuzuna əyani sübutdur. Uzun illər boyu ömrünü idmana və idmanın tədrisinə həsr edən bir pedaqoq kimi, bu hal məni çox sevindirir. Ölkəmizin idman həyatında baş verən hadisələri daim izləyir və qazanılan uğurlara görə qəlbim qürurla döyünür. Çoxillik pedaqoji təcrübəyə əsaslanaraq, bəzi fikirlərimi bölüşmək istərdim.
Azərbaycan Tibb Universitetinin komandası dama yarışlarının qalibi olub
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XII Respublika Universiadası keçirilməsinə qərar verilib. Təqvim planına idmanın 12 növü - şahmat, dama, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis, voleybol, basketbol, həndbol, badminton, atletika və üzgüçülük daxildir.
Kişi hokkeyçilərimiz mötəbər yarışa yollanıblar
Növbəti yay Olimpiya oyunlarında iştirak etmək hüququnu reallaşdırmaq üçün Azərbaycanın qadın və kişi otüstü hokkeyçilərdən ibarət milli komandaları Dünya Hokkey Liqası turnirinin mərhələ yarışlarında mübarizə aparırlar.
Açıq birincilikdə fərqlənənlərə mükafatlar təqdim edilib
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun qılıncoynatma idman növü üzrə qadınlar və kişilər arasında açıq birinciliyi keçirilib.
İdman ictimaiyyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir
Sənaye işçiləri stolüstü tennis turnirində
“Neftçi İdman Klubu” İctimai Birliyi SOCAR-ın idarə və müəssisələrində çalışan neft, qaz və kimya sənayesi işçiləri arasında stolüstü tennis üzrə növbəti turnir keçirdi.
“Ən böyük arzum Olimpiya çempionu olmaqdır”
Hüseyn Mehrəliyev 1995-ci il noyabr ayının 2-də Bakı şəhərində anadan olub.Altı yaşından taekvondo idman növü ilə məşğul olan gənc 2 qat Avropa çempionudur.
İdman qidası dünyasında yenilik
Fevralın 20-də Yeni Azərbaycan Partiyası Nərimanov rayon şöbəsinin inzibati binasında aparıcı mütəxəssislər, məşqçilər, idman həkimlərinin iştirakı ilə keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini qəbul edib
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib
Damaçıların mübarizəsinə yekun vurulub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində keçirilən ümidlər, kiçik kadetlər, kadetlər və gənclər arasında 64 xanalı dama üzrə Bakı birinciliyinə yekun vurulub.
“Gömrükçü” nün təmsilçiləri uğurla yarışıblar
Yevlax şəhərində sərbəst güləş üzrə 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında respublika turniri keçirilib. İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun perspektivli idmançısı Tural Əsgərov (35 kq) çəki dərəcəsində I yerə layiq görülüb. Hamlet Nuriyev isə (38 kq) III olub.
Qadın hokkeyçilərimiz ilkin mərhələni əla nəticə ilə başa çatdırdılar
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Uruqvayın Montovideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparır.
Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
Fevralın 18-də Nizami Rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilib.
Qolfun əfsanəsi karyerasına fasilə verib
Amerikalı qolfçu Tayqer Vuds karyerasına fasilə verib. Buna səbəb idmançının zəif oyun nümayiş etdirməsi və aldığı zədələrdir. Qeyd edək ki, ötən həftə 39 yaşlı qolfçu belindən aldığı zədə səbəbindən San-Dieqoda keçirilən turniri yarımçıq tərk edib.
Mas-reslinq üzrə açıq Bakı çempionatı keçirilib
Fevralın 15-də “Sədərək” idman klubunda mas-reslinq üzrə açıq Bakı çempionatı keçirilib. Yarışda Bakı klubları ilə yanaşı, Mingəçevir və Zaqatala idmançılar da iştirak ediblər.
Rusiya Olimpiya Komitəsinin fəxri prezidentinə “Dostluq” ordeni təqdim olunub
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2015-ci il 12 fevral tarixli Sərəncamı ilə Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnov Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Məşqçilərə və idmançılara arı məhsullarının faydası haqqında məlumatlar veriləcək
Bakı səhərində fəaliyyət göstərən Arı Sağlamlıq Mərkəzinin Rusiya Federasiyasından xüsusi dəvət etdiyi həkim-riabilitoloq, professor İldar Qalimov məhsullar haqqında mühazirə edəcək və məhsulların təqdimatını keçirəcək
“Neftçi idman klubu” İB-in İdman xronikası
Peşəkar boksçu Rauf Ağayev Rusiyanın Podolsk şəhərində WBC versiyası üzrə Şərqi Avropa kəməri uğrunda növbəti dəfə rinqə çıxıb. Dəri əlcək ustasının rəqibi Belarus çempionu və Avropa kəmərinin sahibi, karyerası ərzində keçirdiyi 18 döyüşdən 14-də qələbə qazanmış Andrey Nurçinski olub. 10 raundluq titul döyüşü boksçumuzun qələbəsi ilə yekunlaşıb. O, güclü rəqibini 6-cı raundda nokautla məğlub edib.
«Neftçi İdman Klubu» seminar keçirib
Fevralın 2-dən 8-dək Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim İdman Bazasında klubun təşkilatçılığı ilə futbol məşqçilərinin növbəti seminarı keçirilib
Olimpiadaya gedən yolda daha bir mərhələ geridə qaldı
İspaniyada təşkil olunmuş “Oliva Nova” beynəlxalq turnirinin ikinci mərhələsi keçirilib. Atçımız Camal Rəhimov maksimal 50 xaldan 40-nı toplayaraq yarışın növbəti mərhələsinə adlayıb. Qeyd edək ki, çaparımız turnirin ikinci həftəsində Ranking Classda 3-cü yeri tutub.