Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
Oktyabrın 8-də Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbir MOK-un İcraiyyə Komitəsinin üzvü, əməkdar idman xadimi Ələkbər Məmmədovun xatirəsinin yad edilməsi ilə başlayıb. İclasda MOK-un antidopinq komissiyasının yaradılması, Bakı-2015 Avropa Oyunlarına hazırlığın gedişi, 2014-cü ildə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda təşkili haqqında müzakirələr aparılıb. Sonra Çinin Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında uğurla çıxış etmiş idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Çingiz Hüseynzadə: “Komandanın çıxışından razıyam”
Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında dünyanın 204 ölkəsindən 3888 yeniyetmə atlet 184 dəst medal uğrunda mübarizə apardı. Azərbaycan bu olimpiadada 9 idman növü üzrə 21 idmançı ilə təmsil olundu.
12 medal və Nankin Olimpiadasında unudulmaz anlar
Çin Xalq Respublikasının (ÇXR) Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 204 ölkədən 3700-dən çox idmançı 28 növdə medallar uğrunda mübarizə aparıb. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində ÇXR Prezidenti Si Cinpin, BMT-nin baş katibi Pan Gi Mun, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, bir neçə ölkənin dövlət başçısı, rəsmi nümayəndə heyətləri iştirak ediblər.
«Biz vaxtından tez böyüdük»
İdman aləmində böyük populyarlıq qazanmış Gündüz və Məmməd Abdullayev qardaşlarının maraqlı həyat hekayələri var. Taekvondoçu qardaşların çətin günləri də, sevincli anları da çox olub. Yaşadıqları çətinliklər onları daha da mətin, güclü edib. Heç kimin, heç nəyin qarşısında əyilməyiblər. Fiziki gücləri kimi, daxili və mənəvi aləmləri də güclü olan bu qardaşların arxada qoyduqları ömür yolu barədə söhbət etdikcə onları daha da yaxından tanıdıq. Düşünürük ki, ölkə idmanında öz yeri olan məşqçilərin həyatının maraqlı məqamları «Olimpə doğru» jurnalının oxucuları üçün də maraqlı və düşündürücü olacaq.
Peşəkar idmançılar yetişdirən məşqçi
1980-ci ildə Zəngilan rayonunda anadan olan Müşfiq Hüseynov idmanla 1993-cü ildən məşğul olur. O, 1998-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.
Mədəniyyət və incəsənət adamlarının futbola sevgisi
Zəngin həyat yolu və idman karyerasına malik olan Ələkbər Məmmədovun Azərbaycan futbolunun inkişafında misilsiz xidmətləri var.
Uğurları ilə fərqlənən döyüşçü
Ölkəmizdə idmanın inkişafı hər bir ölkə vətəndaşı tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanır. Azərbaycan idmanının sürətlə inkişaf etməsi respublikamızda bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmizdə biri¬birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri, idman qurğuları da idmançılarımıza göstərilən qayğının bariz nümunəsidir.
«Bir gün anama dedim ki, mənə gitara al»
O, kiçik yaşlarından musiqiyə böyük həvəs göstərirdi. Nə vaxtsa tanınmış müğənni olmaq, böyük səhnələri fəth etmək, ən yüksək zirvələrə ucalmaq istəyi bir an belə onu tərk etmirdi. İstəyirdi ki, oxuduğu, bəstələdiyi mahnılar tamaşaçı qəlbinə yol tapsın. Hələ uşaq ikən təkidlə anasına aldırdığı gitara bu gün də, onun sevdiyi musiqi alətidir. O, böyüdükcə arzuları da onunla birgə böyüyürdü, şaxələnirdi…
«Uğur qazanmaq idmançıdan yüksək peşəkarlıq tələb edir»
1984-cü il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Zaur Yusifov idmana uşaq yaşlarından maraq göstərib.
«Döyüş növlərinə olan marağım məni peşəkar idmana bağladı»
İdmanı özü üçün həyat tərzi seçən Elsevər Quliyev döyüş idman növlərinə kiçik yaşlarından böyük maraq göstərib. 1981-ci il Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olan Elsevərin ailəsində idmana böyük maraq var. Onun atası vaxtilə güləşlə məşğul olub. Hazırda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) «Gömrükçü» İdman Klubunu təmsil edən Elsevər uşu üzrə ilk məşqlərə Şəhriyar Tarıyevin rəhbərliyi altında başlayıb.
Ən böyük arzum dünya çempionu olmaqdır
Fəqan Məmmədov 1981-ci ildə İrəvanın Dərələyəz mahalında anadan olub. Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil alan Fəqan uşaqlıqdan idmana maraq göstərib.
«Bu qələbəm məndə stimul yaratdı»
Azərbaycanda hər sahədə olduğu kimi idman sahəsində də son zamanlar böyük inkişaf baş verir. Beynəlxalq turnirlərdə iştirak edən təmsilçilərimiz, onlara bəslənilən ümidləri layiqincə doğruldaraq, istər Olimpiya idman növləri, istərsə də qeyri-Olimpiya idman növləri üzrə böyük uğurlar qazanırlar.
«Çəkilən əziyyət öz bəhrəsini verdi»
Ölkəmizi beynəlxalq arenalarda təmsil edən idmançıların sayı günü-gündən artmaqdadır. Belə idmançılarımızdan biri də yunan-Roma güləşi üzrə dünya və Avropa miqyaslı turnirlərin qalibi, 3 qat Azərbaycan çempionu və uşu-sanda üzrə dünya çempionu Elşad Əliyevdir.
Sabir Süleyman
Karate-do, MSAC və konq-sau döyüş növləri üzrə 3 qat dünya və 3 qat Avropa çempionu
Prezident İlham Əliyev Soçidə konkisürmə oyunlarına baxmışdır
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən və artıq tarixə qovuşan XXII Qış Olimpiya Oyunları idmanın bir çox növlərində maraqlı məqamlarla yadda qalmışdır. Soçi-2014 Qış Olimpiya oyunlarının açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 8-də kişilər arasında 5000 metr məsafəyə sürətli konkisürmə yarışlarına da baxmışlar.
Soçidə “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından ziyafət verilmişdir
Fevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından ziyafət verilmişdir. Ziyafətdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, BOK-un sabiq prezidenti Jak Roqq, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, bir sıra ölkələrin milli Olimpiya komitələrinin və nümayəndə heyətlərinin rəhbərləri, digər şəxslər iştirak etmişlər.
Olimpiya hərarəti şimal soyuğunu unutdurdu Azərbaycanın rəqs cütlüyü Soçidə rekorda imza atdı
Fevralın 7-dən 23-dək Soçidə XXII Qış Olimpiya Oyunları keçirilib. Soçi Olimpiya Oyunlarında yarışlar ümumi tamaşaçı tutumu 120 min nəfər olan 11 idman obyektində təşkil edilib. Olimpiadada 88 ölkədən 2800-ə yaxın idmançı iştirak edib.
Çingiz Hüseynzadə: “Azərbaycan komandasının çıxışını yaxşı qiymətləndirirəm”
Fevralın 7-dən 23-dək Rusiyanın Soçi şəhərində XXII Qış Olimpiya Oyunları keçirildi. “Ağ olimpiada”da dünyanın 88 ölkəsindən 2800 idmançı müxtəlif idman növləri üzrə bacarığını nümayiş etdirdi.
Ağacan Abiyev: “Sidney-2000 xatirimdə ən yaxşı Olimpiya oyunları kimi qalıb”
Həyat qəribədir... Onun elə səhifələri var ki, anlamaq, izah etmək çətindir. Həmin səhifələri unutmaq isə daha çətindir.
Şahmat qalaktikasında bir ulduz söndü və ya hamını mat qoyan “son gediş”
Azərbaycan şahmatının bütün dünyada böyük nüfuzu olduğunu artıq hamı yaxşı bilir. Dünyanın ən güclü şahmatçıları da azərbaycanlı həmkarlarına ciddi rəqib kimi yanaşırlar. Müstəqillik əldə etdikdən sonra Azərbaycan idmanında yaranan çiçəklənmə və inkişaf şahmatdan da yan keçməyib.
«Araz» İ d m a n K l u b u
Ölkəmizin tanınmış döyüş klublarından olan «Araz» İK-nın idmançıları 2013-cü ildə keçirilən bir sıra yarışlarda uğurlu nəticələr qazanıblar
“Olimpə doğru” jurnalı ilin ən yaxşılarını mükafatlandırdı
Dekabrın 25-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Olimpə doğru” jurnalının ilin yekunları ilə bağlı təsis etdiyi nominasiyalar üzrə qaliblərin mükafatlandırılma mərasimi keçirildi.
«Qartal» pik-in yığma komandası
«Qartal» peşəkar idman klubunun Nərimanov rayonunda yeni fəaliyyətə başlayan 8-ci zalında kikboksinq, muay-tay, uşu-sanda, universal döyüş, pankration, kunq-fu sanda, ciu-citsu, kimi döyüş növləri ilə yanaşı, akrobatika, trenajor, qadınlar üçün fitnes məşqləri, milli rəqslər keçirilir.
“Biz birlikdə güclü Azərbaycanıq”
Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 2009-cu ildə təsis olunduğu ilk gündən, federasiyanın prezidenti Cəsarət Əhmədov məhz bu şüarı öz fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirib.
«Olimpə doğru» jurnalının növbəti sayı çapdan çıxdı
«Olimpə doğru» jurnalının növbəti sayı çapdan çıxıb. Nəfis tərtibatda hazırlanmış jurnal əsasən, 2014-cü ilin 7-23 fevralında keçirilən Soçi XXII Qış Olimpiya Oyunlarına həsr edilib.
«Olimpnews» saytı 2013-cü ilin ən yaxşılarını açıqladı
Azərbaycanın idman həyatı üçün 2013-cü il uğurlu illərdən olub. Ötən ildə idmançılarımız bir sıra möhtəşəm uğurlara imza atıblar, ölkəmiz ayrı-ayrı idman növləri üzrə mötəbər yarışlara ev sahibliyi edib.
Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası keçirilmişdir.
Geri 1 2 3 İrəli
SON XƏBƏRLƏR
Medal sayı
Facebook