Bakı-2015 Avropa Oyunları AOK-un Baş Assambleyasında müzakirə olunub
oyabrın 20-21-də Çexiyanın paytaxtı Praqada Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü Baş Assambleyası ketçirilib
Rusiya atletləri Rio-2016 Olimpiadasına buraxılmaya bilər
Rusiya atletləri dopinq qalmaqalı ilə əlaqədar Rio-2016 Yay Olimpiya Oyunlarından kənarda qalmaq təhlükəsi ilə üzləşiblər
RUSADA-nın fəaliyyəti dayandırılıb
Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya antidopinq laboratoriyasının fəaliyyətini dayandırıb
Çingiz Hüseynzadə: “IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək”
Noyabrın 2-4-də Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) toplantısı təşkil edilib
ISSF-in 9-cu Baş Assambleyası Bakıda keçiriləcək
Noyabrın 2-4-də Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) 9-cu Baş Assambleyası keçiriləcək
Olimpiada-2022-nin proqramına yeni idman növü daxil ediləcək
Bobsley və skeleton Beynəlxalq Federasiyası (İBSF) bobsley və skeleton idman növlərinin 2022-ci ildə Pekində keçiriləcək XXIII Paralimpiya Qış Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə ərizə təqdim etməyi düşünür.
Kanada MOK-nun prezidenti vəzifəsindən uzaqlaşdırılıb
Marsel Obut Kanada Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsi postundan kənarlaşdırılıb.
Rio-2016 Olimpiadasının açılış mərasiminə böyük məbləğdə vəsait xərclənməyəcək
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının açılış mərasiminə böyük məbləğdə vəsait xərclənməyəcək.
Təşkilat Komitəsi işi sürətləndirməyi tövsiyə edib
Pxençxan-2018 Olimpiya Oyunları Təşkilat Komitəsi Olimpiya kəndinin tikintisinə qərar verib. Tikintinin qış Olimpiya Oyunlarına bir il qalmış, yəni 2017-ci ildə təhvil verilməsi planlaşdırılır. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Əlaqələndirmə Komissiyasının Pxençxana 5-ci səfəri zamanı məlumat verilib.
İdmanın beş növünün “Tokio-2020”nin proqramına salınması Beynəlxalq Olimpiya Komitəsinə təklif olunub
Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi idmanın beş növünün turnirin proqramına salınmasını Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təklif edib.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub
XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son Yay Olimpiya Oyunlarında on medala layiq görülməyimiz olimpiya idman növlərində yüksək potensiala malik olduğumuzu göstərir
Rio-2016 Olimpiadasının məşəlinin yandırılacağı tarix açıqlanıb
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının məşəli gələn il aprelin 21-də Yunanıstanda yerləşən qədim Olimpiya məbədində yandırılacaq
Yozef Blatter yenidən BOK-a üzv seçilməkdən imtina edib
O, istənilən halda beynəlxalq qurumu tərk etməyə məcburdur
Tbilisi-2015 Avropa Yeniyetmələrinin XIII Olimpiya Festivalı başa çatıb
İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Bu göstərici ilə Azərbaycan ümumi turnir cədvəlində 22-ci yerdə qərarlaşıb
Hasil Cəfərov XIII Olimpiya Festivalının çempionudur
Növbəti qızıl medalı Azərbaycana cüdoçumuz Hasil Cəfərov (73 kq) qazandırıb
İdmançılarımız Tbilisi-2015-də 5 medal qazanıblar
Yeniyetmə cüdoçumuz Hasil Cəfərov (73 kq) qızıl medal qazanıb
Daha bir cüdoçumuz Tbilisidə medal qazanıb
İyulun 29-da Tbilisi-2015 Avropa Yeniyetmələrinin 13-cü Olimpiya Festivalında daha bir cüdoçumuz bürünc medal qazanıb
Cüdoçular Avropa Yeniyetmələrinin XIII Olimpiya Festivalında 3 medal qazanıblar
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Gənclərinin Olimpiya Festivalının ikinci günündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar
İdmançılar Tbilisi-2015 Olimpiya Festivalında mübarizəyə başlayıblar
Gürcüstanın paytaxtı Tbilisidə Avropa Yeniyetmələrinin XIII Olimpiya Festivalına start verilib
Tbilisi-2015 Avropa Yeniyetmələrinin Olimpiya Festivalının rəsmi açılışı olub
İyulun 26-da Tbilisi şəhərindəki Mixeil Mesxi stadionunda Tbilisi-2015 13-cü Avropa Gənclər Olimpiya Festivalının rəsmi açılışı olub
Boston-2024 Təşkilat Komitəsi təklif irəli sürüb
Boston-2024 Olimpiya Oyunları Təşkilat Komitəsinin rəhbəri Con Fiş paralimpiya oyunlarının Olimpiya oyunlarından əvvəl keçirilməsini təklif edib. Bu barədə ABŞ-ın yerli mətbuatı xəbər yayıb.
Olimpiya qurğularının bəzilərində işlər dayandırılıb
Rio-2016 Yay Olimpiya Oyunlarının idman obyektlərində qayda pozuntuları aşkar edilib.
Bilet satışının ilk mərhələsi başa çatıb
Braziliyalılar arasında Rio-2016 Yay Olimpiya Oyunlarına bilet satışında ən çox tələbat futbol və voleybol idman növlərinədir.
Tomas Bax: “Olimpiada-2028 uğrunda mübarizədə Avstraliyanın şansı çoxdur”
Avstraliya 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyini verdiyi təqdirdə onun şansı yüksək olacaq. Bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.
ASOİF “Olimpiya gündəliyi-2020” proqramını dəstəkləyib
Yay Olimpiya İdman Növləri üzrə Beynəlxalq Federasiyalar Assosiasiyası (ASOİF) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) irəli sürdüyü “Olimpiya gündəliyi-2020” proqramını dəstəkləyib.
İsveç Olimpiada-2026-ya namizədliyini verəcək
İsveç hökuməti 2026-cı ildə keçiriləcək qış Olimpiya oyunlarına ev sahibliyi üçün öz namizədliyini verəcək.
Braziliyalılar Olimpiya oyunlarına 1,2 milyon bilet alıblar
Rio-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin məlumatına görə, braziliyalılar yarışları izləmək üçün 1,2 milyon bilet alıblar.
Rio-2016 Olimpiadasının təqvimi hazırdır
Rio-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsi yarışların cədvəlini əks etdirən təqvimi ictimaiyyətə təqdim edib. XXXI Yay Olimpiadasının rəsmi saytında bütün idman növləri üzrə yarışların keçirildiyi tarix və yarış yerləri barədə məlumat almaq mümkündür.
Yaponiya Tokio-2020 üçün möhtəşəm stadionun inşasında tərəddüd edir
Yaponiyanın Təhsil, İdman və Elm naziri Xakubun Simomura maraqlı açıqlama verib. Nazir bildirib ki, Tokioda 2020-ci ildə keçiriləcək yay Olimpiya oyunlarını qəbul etmək üçün möhtəşəm stadionun tikintisi ölkənin büdcəsinə uyğun deyil.