Ağ pələng və Himalay ayısı talismana çevrildi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2018-ci ildə Koreya Respublikasının Pxençxan şəhərində təşkil olunacaq Qış Olimpiya və Paralimpiya oyunlarının talismanlarını təsdiqləyib.
Kalqari Olimpiada-2026 uğrunda mübarizə aparacaq Kanadanın Kalqari şəhəri 2026-cı ildə keçiriləcək qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədlik ərizəsini təqdim etməyi planlaşdırır.
Dopinq həyəcanı davam edir Pekin-2008 Olimpiadasında iştirak edən və adı açıqlanmayan yamaykalı atletin (qaçış) test yoxlamaları müsbət nəticə verib.
Olimpiya medalı oğurlanıb Barselona-1992 Olimpiadasının çempionu, ABŞ idmançısı Co Ceykobinin qızıl medalı qarətçilər tərəfindən oğurlanıb.
Yaponiya rəsmisi əməkdaşlıq etməyə hazır olduqlarını bildirib Yaponiyanın baş naziri Sindzo Abe Olimpiada-2020-yə ev sahibliyi uğrunda mübarizə kampaniyasında ədalətsizliyə yol verilməsi ilə bağlı məsələnin araşdırılması üçün Fransanın hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Rivaldo xəbərdarlıq edib “Qızıl top”un (1999) sahibi və dünya çempionu Rivaldo turistləri XXXI Yay Olimpiya Oyunlarının keçiriləcəyi Rio-de-Janeyro şəhərinə gəlməməyi tövsiyə edib
Olimpiya məşəlini suriyalı idmançı daşıyıb Qaçqın idmançılar adından Rio-2016 Yay Olimpiya Oyunlarının məşəlini daşımaq Suriyalı üzgüçü, əlil idmançı İbrahim əl-Hüseynə həvalə edilib
Velodrom sınaq yarışlarına hazır deyil Velosiped idmanı üzrə Rio-de Janeyrodakı Olimpiya obyektində təşkili planlaşdırılan sınaq yarışları təxirə salınıb.
Rusiyalı atletlərin mükafatları geri alındı Beynəlxalq Yüngül Atletika Federasiyası (İAAF) və Ümumdünya Antidopinq Agentliyi (WADA) dopinq qəbul etməkdə təqsirləndirilən Rusiya yüngül atletlərini Olimpiya Oyunları və dünya çempionatlarının bir sıra mükafatlarından məhrum edib.
Dopinq analizləri yenidən yoxlanılacaq London-2012 Yay Olimpiya Oyunlarında götürülən dopinq analizləri XXXI Yay Olimpiadasından əvvəl yenidən yoxlanılacaq.
Neymar Olimpiya Oyunlarında çıxış edəcək “Barselona” komandasının rəhbərliyi məşhur braziliyalı futbolçu Neymarın bu ilin avqustunda keçiriləcək Rio-2016 Yay Olimpiya Oyunlarında öz millisini təmsil etmək üçün Braziliyaya getməsinə icazə verib.
Bakıda AOK-un iclası keçirilib Martın 15-də Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) İdmanda Gender Bərabərliyi Komissiyasının iclası keçirilib
Rio-2016 Olimpiadasının büdcəsi 9 milyardı keçib Bu ilin yayında Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının büdcəsi 2015-ci ildə tutulan smeta dəyərini 100 milyon dollar üstələyib.
ABŞ olimpiyaçıları WADA-ya müraciət göndəriblər Amerikalı olimpiyaçılar Beynəlxalq Olimpiya Komitəsinə (BOK) və Dünya Antidopinq Agentliyinə (WADA) müraciətlə rusiyalı idmançılar tərəfindən təkcə yüngül atletikada deyil, idmanın bütün növlərində dopinqdən istifadə edilməsi hallarını təhqiq etməyə çağırıblar.