Dünyanın qeyri adi tennis kortları
Tennis dünyada populyarlıq qazanan idman növlərindəndir və təbii ki, özünün milyonlarla azarkeşi vardır
Stolüstü tennis üzrə qitə çempionatının püşkatma mərasimi keçirilib
Sentyabrın 25-dən oktyabrın 4-dək Rusiyanın Yekaterinburq şəhərində stolüstü tennis üzrə Avropa çempionatı keçiriləcək.
Dünyanın ən yaşlı idmançısı
Stolüstü tennis üzrə dünyanın ən qoca idmançısı, Avstraliya Stolüstü Tennis Federasiyasının təmsilçisi Doroti De Lou “Ginnesin rekordlar kitabı”ndakı yerini tərk etməyəcək
Çempionlar Liqasının püşkatma mərasimi olub
Avqustun 21-də stolüstü tennis üzrə Avropa klublarının əsas yarışları sayılan Çempionlar Liqasına start veriləcək. Komandalar 4 qrupa bölünəcək (hər qrupda 4 komanda) və onlar 2016-cı ildə keçiriləcək pley- off mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaqlar. Siyahıda 4 komanda yer alıb.
“Baku Cup-2015” beynəlxalq tennis turniri yekunlaşdı
Bakı Tennis Akademiyasında keçirilən “WTA İnternational” seriyalı ənənəvi “Baku Cup-2015” beynəlxalq tennis turnirinə yekun vurulub. Ümumi mükafat fondu 250 min ABŞ dolları olan turnirdə 20-yə yaxın yaxın ölkədən dünyanın ən tanınmış tennisçiləri qüvvələrini sınayıblar.
Tennisçilərimiz “Baku Cup-2015” turnirində mübarizəni dayandırdılar
Bakı Tennis Akademiyasında qadınlar arasında “WTA International” seriyalı “Baku Cup-2015” turniri davam edir. Ümumi mükafat fondu 250 min ABŞ dolları olan turnirdə 20-ə yaxın yaxın ölkədən dünyanın ən tanınmış tennisçiləri qüvvəsini sınayır. Ölkəmizi turnirdə Əminə Dik və Züleyxa Səfərova təmsil edirlər.
Mariya Şarapovanın uğursuz çıxışı
Mariya amerikalı Serena Uilyamsa 2:6, 4:6 hesabı ilə məğlub olub
Media nümayəndələri stolüstü tennis yarışında iştirak edəcək
Bu gün “Şüa” İdman Sağlamlıq Kompleksində media nümayəndələri arasında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə turnir keçiriləcək.
Stolüstü tennis yarışlarında mübarizə davam edir
İyunun 15-də Birinci Avropa Oyunları çərçivəsində stolüstü tennis üzrə qadın və kişi komandaları arasında final görüşləri keçirilib
Stolüstü tennisçilərimiz təlim-məşq toplanışında
“Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə yığma komandanın təlim-məşq toplanışına start verilib.
Stolüstü tennisçilərimiz təlim–məşq toplanışını davam etdirirlər
Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan yığmasının təlim–məşq toplanışına start verilib
Cənub zonası üzrə turnirə yekun vurulub
Mayın 3-də stolüstü tennisin təbliği məqsədi ilə cənub zonası üzrə Salyan rayonunda təşkil edilmiş yarışlara yekun vurulub.
Azərbaycan stolüstü tennisinin inkişaf perspektivləri Çində müzakirə olunub
Çin Xalq Respublikasının Suçjou şəhərində təşkil olumuş stolüstü tennis üzrə 53-cü dünya çempionatına yekun vurulub. Yarışda ölkəmizi 5 idmançı təmsil edib.
Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər
Stolüstü tennis üzrə yığma komandamızın üzvləri aprelin 26 -dan mayın 3-dək Çin Xalq Respublikasının Suçjou vilayətində təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər. Yarışda 100 milli assosiasiyanı təmsil edən 548 (310 kişi, 238 qadın) idmançı mübarizə aparacaq. 5 dəst medal uğrunda (şəxsi kişi, şəxsi qadın, qoşa kişi, qoşa qadın və qarışıq qoşa yarışlar) keçiriləcək yarışlarda Azərbaycan idmançıları da qüvvəsini sınayacaqlar. Komandamızı baş məşqçi Aleksandr Zudovun rəhbərliyi altında 5 (3 kişi, 2 qadın) idmançı təmsil edəcək.
Şabranda stolüstü tennis üzrə rayon birinciliyi keçiriləcək
Aprelin 25-də Şabran rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş stolüstü tennis üzrə şimal zonası rayonları arasında açıq birincilik start götürəcək.
Stolüstü tennis üzrə çempionat keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təşkil olunan çempionata 19 komandanın tərkibində 60 iştirakçı qalib adı uğrunda mübarizə aparıb.
Avropa tennis turniri başa çatdı
Aprelin 17-də Bakı Tennis Akademiyasında keçirilən “April cup-2015” Avropa tennis turnirinə yekun vurulub. 12 yaşınadək tennsiçilər arasında keçirilən yarışda 10-a yaxın ölkədən 61 (30 oğlan, 31 qız) idmançı mübarizə aparıb. Ölkəmizi yarışda baş məşqçi Yalçın Məmədovun rəhbərliyi altında 6 (4 oğlan, 2 qız) tennisçi təmsil edib.
14 illik qadağaya son qoyuldu
Sonuncu dəfə beynəlxalq cütlüklərin iştirakına 2001-ci ildə Yaponiyanın Osaka şəhərində keçirilən analoji yarışda qadağa qoyulub
Tennisçimiz yarımfinala yüksəldi
Bakı Tennis Akademiyasında keçirilən «April cup -2015» Avropa tennis turniri davam edir
Stolüstü tennisçilərimiz dünya çempionatında yarışacaqlar
Aprelin 26-də Çin Xalq Respublikasının Suzou şəhərində stolüstü tennis üzrə dünya çempionatı start götürəcək. 124 ölkədən 600-dən çox idmançının iştirak edəcəyi yarışda Azərbaycan tennisçiləri də yer alıblar.
Stolüstü tennisçilərimiz dünya çempionatında yarışacaqlar
Stolüstü tennisçilərimiz aprelin 26-də Çin Xalq Respublikasının Suzo şəhərində aprelin 26-da həmin ölkədə stolüstü tennis üzrə dünya çempionatında iştirak edəcəklər
14 ildən sonra…
Dünyanın bir nömrəli raketka ustası Serena Uilyams 14 illik fasilədən sonra qayıtdığı “İndian-Uels” turniri ilə bağlı təəssüratlarını bölüşüb
Stolüstü tennis üzrə ölkə çempionatına yekun vuruldu
Fevralın 27-də Şüa İdman Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vuruldu
Stolüstü tennis üzrə ölkə çempionatı start götürüb
Fevralın 23-də “Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi
Mariya Şarapova imtina edib
Mariya ŞarapovaRusiya yığmasında oynamayacaq
Model futbolçu ilə ailə qurdu
“Milan”ın yeni futbolçusu Mattia Destro evlənib. O, uzun müddət bir yerdə olduğu, İtaliyanın ən gözəl və cazibədar modellərindən biri hesab olunan yunan əsilli Lüdovika Karammislə ailə həyatı qurub.
Qadın tennisçilər Dubayda yarışırlar
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində qadınlar arasında beynəlxalq turnir keçirilir.
Yığma komandamızın Avropa və Asiya sınağı başlayır
Fevralın 11-də Çexiya Respublikasının Xodonin şəhərində stolüstü tennis üzrə kadetlər və yuniorlar arasında açıq birincilik start götürəcək.
“Turnir idmançılarımızın təcrübəsinin artmasında böyük rol oynayacaq”
Təbii ki, dünyanın ən reytinqli idmançılarına qarşı mübarizə aparmaq tennisçilərimiz üçün çox çətindir