Universal döyüşçülərimiz ilin ilk yarışına Rusiyada çıxıblar
Aprelin 3-6-da Rusiyanın Medin şəhərində 10-11, 12-13 yaşlı oğlanlar və qızlar arasında universal döyüş üzrə Avropa birinciliyi keçirilib.
Karateçilərimiz İstanbulda qələbə qazanıblar
Karateçilərimiz İstanbulda keçirilən 27-ci beynəlxalq “Boğaziçi” turnirini zəfərlə başa vurublar. İdmançılarımız ümumilikdə 4-ü qızıl, 2-si gümüş və 10-u bürünc olmaqla 16 medal əldə ediblər. Kişilərdən ibarət milli komandamız kumite yarışının da qalibi olub.
İdmançımız Avrasiya çempionu adını qazanıb
Gürcüstanda fri-fayt üzrə Avrasiya çempionatı keçirilib.
Məşhur idmançı axtarışa verilib
Qarışıq döyüşlər üzrə 4 qat dünya çempionu Aleksandr Yemelyanenko insana zorakılıqla bağlı axtarışa verilib.
Milli komanda Türkiyəyə yollanıb
Karate üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət əvvəlcə İstanbulda bir həftəlik beynəlxalq təlim-məşqlərdə iştirak edəcək.
Karate yarışlarının təşkili ilə bağlı müzakirələr aparılıb
Bugünlərdə Azəraycan Milli Karate Federasiyası (AMKF) rəhbərliyinin Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin 9 növ üzrə yarış meneceri İris Vlahovtsikov ilə görüşü keçirilib.
Yeni idman zalları karateçilərin ixtiyarına verilib
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) iki böyük idman zalını karateçilərin istifadəsinə verib.
Kapoeyra üzrə “Baku Open 2014” beynəlxalq turniri başa çatıb
Azərbaycan Kapoeyra Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) dəstəyi ilə kapoeyra üzrə “Baku Open 2014” beynəlxalq turniri keçirilib.
Bakı şəhər açıq çempionatının final mərhələsi keçirilib
“Sərhədçi” Olimpiya İdman Mərkəzində pankration, qrapplinq və MMA üzrə Bakı şəhər açıq çempionatının final mərhələsi keçirilib.
Qazaxıstanın karate üzrə yığma komandası ölkəmizdədir
Qazaxıstanın karate üzrə böyüklərdən ibarət milli komandası təlim-məşq toplanışı keçirmək üçün Azərbaycan gəlib. Dünya karatesinin favoritlərindən sayılan Azərbaycan yığması ilə məşq təcrübə mübadiləsi məqsədi daşıyır.
Karateçilərimiz mötəbər yarışdan vətənə uğurla dönüblər
Portuqaliyanın paytaxtı Lissabonda karate üzrə keçirilən yeniyetmə və gənclər arasında növbəti Avropa çempionatına yekun vurulub.
Pankration və qrapplinq üzrə şəhər açıq çempionatı yekunlaşıb
Hövsan Olimpiya İdman Kompleksində pankration və qrapplinq üzrə Bakı şəhər açıq çempionatı keçirilib.
Vado-ryuçular “Şua”da döyüşdülər
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Şüa” İdman Sağlamlıq Kompleksində vado-ryu karate-do üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Mixael Şumaher həmişəlik komada qala bilər
“Formula-1” yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaher Alp dağlarında xizəklə sürüşərkən başından aldığı güclü zərbə nəticəsində düşdüyü koma vəziyyətindən ayıla bilmir.
Karate hakimləri seminarda bir araya toplaşdılar
Azərbaycan Milli Karate Federasiyası hakimlərin növbəti seminarını təşkil edib. Seminarda əsas məqsəd martın 9-da böyüklər arasında XXll Azərbaycan çempionatına hakimlərin hazırlığı məsələlər olub. Seminarda paytaxt və regionlardan 50-dək müxtəlif dərəcəli hakimlər iştirak etmişlər.
“Mən yenidən rinqə çıxacağam”
Buyaxınlarda rusiyalı döyüşçü Aleksandr Yemelyanenko texniki nokautla Dmitrii Sonovskiyə məğlub olub.
Fri-faytinq 10 çəki dərəcəsi üzrə keçirildi
Balaxanı Olimpiya İdman Kompleksində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş fri-faytinq döyüş növləri üzrə Bakı şəhər turniri keçirilib.
“Kharkov Open”də 14 medal
Azərbaycan karateçiləri Ukraynada (Xarkov) keçirilən “Kharkov Open” beynəlxalq turnirindən 14 medalla qayıdıblar. Seçmə komandalarımızdan 14-15 yaşlı yeniyetmələri Roman Heydərov (kata) turnirin qalibi adını qazanıb, Fidan Teymurova, Şölə Həsənova və İsa Məmmədov üçüncü yerin sahibi olublar.
Qaxda şəhidlərin xatirəsinə həsr olunmuş taekvando yarışları
Yanvarın 19-da Qax Olimpiya İdman Kompleksində yeniyetmələr arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə açıq rayon birinciliyi keçirilib.
Qran-pri yarışlarının finalı Bakıda olacaq
Azərbaycanda kikboksinq üzrə (K-1) Dünya Qran-prisinin final oyunları keçiriləcək. Final döyüşündə dörd idmançı çıxış edəcək.
Karateçilərimiz ilin ilk yarışından medalla dönürlər
Karate üzrə Azərbaycan milli komandasının üzvləri Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Niyazi Əliyev (-67 kq) Fransanın paytaxtında keçirilən mötəbər “Paris Open” beynəlxalq turnirində bürünc medala sahib olublar.
Karateçilərimiz yeni ilin ilk yarışında iştirak edəcəklər
Karate üzrə yığma komandamız yanvarın 11-12-də keçiriləcək nüfuzlu “Paris Open” beynəlxalq turnirinə hazırlaşır.
Budoçular Biləsuvarda döyüşəcəklər
Dekabrın 28-29-da Biləsuvar Olimpiya İdman Kompleksində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək.
Taekvondoçular ölkə çempionatında yarışacaqlar
Dekabrın 27-də taekvondo üzrə böyüklər arasında respublika çempionatı keçiriləcək.
Gənclər və İdman Nazirliyində Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilmişdir
Gənclər və idman naziri Azad Rəhimov Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyasının prezidenti Vadim Finkelşteyn və qurumun fəxri prezidenti, dördqat dünya çempionu Fyodr Yemelyanenko ilə görüşmüşdür.
Karateçilərimiz dünya çempionatından kubok və medallarla qayıdıblar
Bugünlərdə İtaliyanın Belqoma şəhərində karate-do üzrə dünya çempionatı keçirilib. 36 ölkədən 1500-ə yaxın idmançının iştirak etdiyi turnirdə Azərbaycan Karate-do Federasiyasının idmançıları da iştirak ediblər. Sevindirici haldır ki, yarışda komandamız 30-a yaxın medal qazanıb. Bunlardan 8-i qızıl, 12-si gümüş, qalanları isə bürüncdür.
Bakı şəhəri daha bir mötəbər yarışa ev sahibliyi edəcəkdir
Dekabrın 13-14-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində qarışıq döyüş növləri üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcəkdir.
Azərbaycan idmançıları çempionatı birinci yerdə başa vurdular
Noyabrın 23-24-də “ABU-Arena”da kyokuşinkaykan karate üzrə IV dünya çempionatı keçirilib. 28 ölkədən 157 idmançının qatıldığı bu yarışda Azərbaycan 50 karateçi ilə təmsil olunub.
Dünya çempionatında möhtəşəm qələbə
Noyabrın 11-17-də Rusiyanın Medin şəhərində universal döyüş üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib.
Karateçilərimiz “Moskva ulduzları” yarışında çıxış edəcəklər
Rusiyada SSRİ və Rusiyada karatenin 35 illiyinə həsr olunan dünya paytaxtlarının 6-cı beynəlxalq “Moskva ulduzları” karate turniri keçiriləcək.
SON XƏBƏRLƏR
Medal sayı
Facebook