“Kharkov Open”də 14 medal
Azərbaycan karateçiləri Ukraynada (Xarkov) keçirilən “Kharkov Open” beynəlxalq turnirindən 14 medalla qayıdıblar. Seçmə komandalarımızdan 14-15 yaşlı yeniyetmələri Roman Heydərov (kata) turnirin qalibi adını qazanıb, Fidan Teymurova, Şölə Həsənova və İsa Məmmədov üçüncü yerin sahibi olublar.
Qaxda şəhidlərin xatirəsinə həsr olunmuş taekvando yarışları
Yanvarın 19-da Qax Olimpiya İdman Kompleksində yeniyetmələr arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə açıq rayon birinciliyi keçirilib.
Qran-pri yarışlarının finalı Bakıda olacaq
Azərbaycanda kikboksinq üzrə (K-1) Dünya Qran-prisinin final oyunları keçiriləcək. Final döyüşündə dörd idmançı çıxış edəcək.
Karateçilərimiz ilin ilk yarışından medalla dönürlər
Karate üzrə Azərbaycan milli komandasının üzvləri Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Niyazi Əliyev (-67 kq) Fransanın paytaxtında keçirilən mötəbər “Paris Open” beynəlxalq turnirində bürünc medala sahib olublar.
Karateçilərimiz yeni ilin ilk yarışında iştirak edəcəklər
Karate üzrə yığma komandamız yanvarın 11-12-də keçiriləcək nüfuzlu “Paris Open” beynəlxalq turnirinə hazırlaşır.
Budoçular Biləsuvarda döyüşəcəklər
Dekabrın 28-29-da Biləsuvar Olimpiya İdman Kompleksində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək.
Taekvondoçular ölkə çempionatında yarışacaqlar
Dekabrın 27-də taekvondo üzrə böyüklər arasında respublika çempionatı keçiriləcək.
Gənclər və İdman Nazirliyində Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilmişdir
Gənclər və idman naziri Azad Rəhimov Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyasının prezidenti Vadim Finkelşteyn və qurumun fəxri prezidenti, dördqat dünya çempionu Fyodr Yemelyanenko ilə görüşmüşdür.
Karateçilərimiz dünya çempionatından kubok və medallarla qayıdıblar
Bugünlərdə İtaliyanın Belqoma şəhərində karate-do üzrə dünya çempionatı keçirilib. 36 ölkədən 1500-ə yaxın idmançının iştirak etdiyi turnirdə Azərbaycan Karate-do Federasiyasının idmançıları da iştirak ediblər. Sevindirici haldır ki, yarışda komandamız 30-a yaxın medal qazanıb. Bunlardan 8-i qızıl, 12-si gümüş, qalanları isə bürüncdür.
Bakı şəhəri daha bir mötəbər yarışa ev sahibliyi edəcəkdir
Dekabrın 13-14-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində qarışıq döyüş növləri üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcəkdir.
Azərbaycan idmançıları çempionatı birinci yerdə başa vurdular
Noyabrın 23-24-də “ABU-Arena”da kyokuşinkaykan karate üzrə IV dünya çempionatı keçirilib. 28 ölkədən 157 idmançının qatıldığı bu yarışda Azərbaycan 50 karateçi ilə təmsil olunub.
Dünya çempionatında möhtəşəm qələbə
Noyabrın 11-17-də Rusiyanın Medin şəhərində universal döyüş üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib.
Karateçilərimiz “Moskva ulduzları” yarışında çıxış edəcəklər
Rusiyada SSRİ və Rusiyada karatenin 35 illiyinə həsr olunan dünya paytaxtlarının 6-cı beynəlxalq “Moskva ulduzları” karate turniri keçiriləcək.
Karateçilərimiz dünya çempionatında 1 gümüş, 1 bürünc medal qazanıblar
İspaniyanın Quadalaxara şəhərində yeniyetmə və gənclər arasında karate üzrə 8-ci dünya çempionatı keçirilib. Yarış Azərbaycan karateçiləri üçün uğurlu olub.
Məşhur döyüşçü kafedə dava salıb
Qarışıq döyüş növlərində məşhur olan rusiyalı idmançı Aleksandr Yemelyanko yenidən diqqət mərkəzinə düşüb: kafelərin birində dava saldığı üçün. Yayılan məlumatlara görə, 32 yaşlı təcrübəli döyüşçü Moskvada kafelərin birində bir nəfəri bərk döyüb.
İdmançılarımız qarışıq döyüş növləri üzrə dünya çempionatında qalib gəliblər
Oktyabrın 25-də Bakıda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş qarışıq döyüş növləri üzrə dünya çempionatının qalibi Etiqad Atakişiyev və gümüş medalın sahibi Zaur Hacıbabayevin iştirakı ilə yarışın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
“Araz” İK-nın Masazırda yeni bölməsi fəaliyyətə başlayıb
Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. İdmanın inkişafı və bədən tərbiyəsinin kütləviləşməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. İdmançılarımız mötəbər yarışlarda əldə etdikləri qələbələrlə onlara bəslənilən etimadı doğruldurlar. İndi beynəlxalq idman aləmində respublikamızın böyük nüfuzu var.
Karate ustalarımız qalib oldular
Rusiyanın Sankt-Peterburq şəhərində döyüş idman növləri üzrə Dünya Oyunları keçirilir. Yarışların proqramında 15 döyüş növü nümayiş etdirilir.
Avropa Kubokunda dörd medal
Almaniyanın Ulm şəhərində keçirilən kunq-fu idman növü üzrə beşinci Avropa kuboku başa çatıb.
Təmsilçimiz tay boksu üzrə beynəlxalq turnirin qalibi olub
Rusiyanın Nijni Novqorod şəhərində tay boksu üzrə beynəlxalq turnir keçirilib.
Komandamız dünya birinciliyində 2 medal qazandı
Rusiyanın paytaxtı Moskvada universal döyüş növü üzrə 17-21 yaşlı idmançılar arasında dünya birinciliyi keçirilib. Ölkəmizin də iştirak etdiyi yarışda universal döyüş üzrə yığma komandamızı baş məşqçi Elşən İsmayılovun rəhbərliyi altında səkkiz idmançı təmsil edib.
Dünya birinciliyindən 1 qızıl, 1 gümüş medal
Bugünlərdə Rusiyanın Moskva şəhərində universal döyüş üzrə 17-21- yaşlı idmançılar arasında dünya birinciliyi keçirilib.
“Ölkəmizdə istedadlı və perspektivli gənc kikboksçular nəsli yetişir”
Sentyabrın 14-dən 22-dək Polşanın Krınitsa şəhərində kikboksinq üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı keçirilib.
Azərbaycan karateçiləri tarix yazdılar
Karate üzrə Azərbaycan milli komandası İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında çıxışlarını uğurla başa vuraraq bu gün vətənə qayıdırlar.
3-cü İslam Həmrəyliyi Oyunlarından 9 medal
İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları daha bir medal qazanıblar. Bununla da medalların sayı 9-a çatıb.
Karateçilərimiz 4-cü medalı qazandılar
3-cü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında daha bir idmançımız medal qazanıb.
“İslamiadada əldə olunan nəticə karatenin ölkəmizdə yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirir”
İndoneziyada keçirilən III İslam Oyunlarına yola düşməzdən əvvəl yarışlarda karate növündə, ən azı, 1 qızıl medalın əldə olunacağını proqnozlaşdıran WKF növləri üzrə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla canlı bağlantı yaratdıq. Yaşar Bəşirov yarış təəssüratlarını bizimlə bölüşdü:
“Sevinirəm ki, mənə bəslənilən ümidləri doğrultdum”
Yarışların qalibi Ayxan Mamayev qələbə sevinclərini bizimlə bölüşüb.
“İnanıram ki, medalların davamı gələcək”
Yarışın gümüş medalçısı Şahin Atamov qələbə sevincini bizimlə bölüşüb:
Uğurları ilə fərqlənən ustad
Teyyub Əzizov 1971-ci il yanvar ayının 9-da Hacıqabul rayonunda anadan olub. 1985-ci ildə kyokuşinkay, karate məşqlərinə başlayıb. O, 29 ildir ki, həyatını kyokişin döyüş növünə həsr edib.