53 saat dayanmadan üzdü Amerikalı üzgüçü 64 yaşlı Diana Nayad Kubadan Floridaya olan 170 km-lik məsafəni 53 saata üzüb. Türkiyə mətbuatının yazdığına görə, idmançı bu rekordu ilə öz adını tarixə yazdırıb.
Avarçəkənimiz 4 qat dünya çempionudur Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan kanoeçisi Valentin Demyanenko qızıl medal qazanıb.
Kayak və kanoeçilər Duysburqa toplaşırlar Avqustun 28-də Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə dünya çempionatı start götürəcək. Artıq çempionatda iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub.
Üzgüçülük üzrə birincilikdə 19 komanda yarışıb Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar iyulun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə üzgüçülük yarışı keçirilib.
Avarçəkənlərimiz dünya çempionatında iştirak edirlər Almaniyanın Lints şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı keçirilir. Azərbaycan Milli Avarçəkmə Federasiyasından verilən məlumata görə 52 ölkədən 811 idmançının iştirakı ilə keçirilən dünya çempionatında Azərbaycan da təmsil olunur.
Avarçəkənimiz tarixi uğura imza atıb Akademik avarçəkənimiz Aleksandr Aleksandrov tarixi uğura imza atıb. 23 yaşlı idmançımız Böyük Britaniyanın paytaxtı Londonda 1839-cu ildən keçirilməyə başlayan Henli Kral Reqatasının (“Henley Royal Regatta”) qalibi olub.
İlin ilk yarışında bürünc mükafat Su polosu üzrə Azərbaycan yığması cari ildə Moskvada keçirilən ilk rəsmi turnirdə bürünc medala sahib olub.