Pəhləvanlarımız Türkiyədən 5 medalla qayıdıblar İstanbulda keçirilən Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulub. Güləş yığmamız 11 ölkədən 200-ə yaxın güləşçinin mübarizə apardığı ənənəvi yarışda 5 medal qazanıb.
Oğuz rayonunda güləş üzrə xatirə turnirinin qalibləri bəlli olub Oğuz rayon Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Şahmat Məktəbinin (UGİŞM) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu il dönumu ilə bağlı yeniyetmə və gənclər arasında sərbəst güləş yarışı keçirilib.
Müşfiq İsayevin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə XXII açıq respublika turniri keçrilib. Yanvarın 11-də keçirilən yarışın açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış ediblər.
"Çempionlar" turnirindən 11 medal İyulun 4-7-də Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar" beynəlxalq turniri keçirilib
Şahanə Nəzərova gümüş medal qazanıb Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmə güləşçilərin dünya çempionatının üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıblar.
Beynəlxalq turnirdə ölkəmizi 10 güləşçi təmsil edəcək
İyulun 4-7-də İstanbulda sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri keçiriləcək. İyirmi birinci dəfə baş tutacaq turnirdə gənclərdən ibarət sərbəst güləş üzrə yığmamızın üzvləri iştirak edəcəklər.
Güləşçimiz Ermənistan təmsilçisini məğlub edib Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında güləşçilərimizdən Elçin Vəliyev (61 kq) Rumıniya idmançısına qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub.