Yeniyetmə cüdoçularımız Avropa çempionatında üç medal qazanıblar
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə yekun vurulub. 41 ölkədən 469 (259 oğlan, 210 qız) cüdoçunun iştirak etdiyi yarışda komandamız 10 (9 oğlan, 1 qız) idmançı ilə təmsil olunub.
“Synergy Baku” Çin yürüşündə
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Çində keçirilən sayca 14-cü “Tour de Qinghai Lake” yürüşündə iştirak edir
Cüdoçularımız Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıblar
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi üç medal qazanıb
Cüdoçularımız Mərakeşdə yüksək nəticə göstəriblər
Mayın 23-24-də Mərakeşin Rabat şəhərində cüdo üzrə “World Masters” beynəlxalq turniri keçirilib. 51 ölkədən 223 (114 kişi, 109 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar.
Cüdoçularımız “World Masters” turnirində qüvvələrini sınayacaqlar
Mayın 23-də Mərakeşin Rabat şəhərində cüdo üzrə “World Masters” beynəlxalq turniri start götürəcək.
Yeni reytinq siyahısı cüdoçularımız üçün uğurlu oldu
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahıda yığmamızın aparıcı üzvləri irəliləyiblər.
Cüdoçularımız Avropa Oyunlarında medallar uğrunda yarışacaqlar
Azərbaycan idmanı zəngin tarixə malikdir. Ölkəmizdə digər sahələr kimi, idmana da diqqət və qayğı göstərilir. İdmançılarımız da məhz bu qayğıdan yararlanaraq ölkəmizin bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırır, himnini səsləndirirlər.
“Böyük dəbilqə” turniri bu gün başlayır
Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürür. Yarışda 50 ölkədən 383 (228 kişi, 155 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.
Avropa Oyunlarında Azərbaycanı on səkkiz cüdoçu təmsil edəcək
Avropa Cüdo İttifaqı Bakıda keçiriləcək Avropa Oyunlarında çıxış etmək hüququ qazanmış idmançıların siyahısını dərc edib. Bakı-2015 çərçivəsində qitə çempionatı keçiriləcək, buna görə də atletlərin yarışa buraxılması müstəsna olaraq reytinq üzrə həyata keçirilir.
Altı cüdoçumuz Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirakını təmin edib
Beynəlxalq Cüdo Federasiyası Olimpiya oyunlarının reytinq siyahısını açıqlayıb. Tərtib olunan reytinq siyahısına görə, hazırda Azərbaycanın altı cüdoçusu Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirakını təmin edib. Təsnifata Tbilisidə və Samsunda Qran-pri yarışlarında qalib gəlmiş Elmar Qasımov (100 kq) və Rüstəm Orucov (73 kq) başçılıq edirlər.
Yeniyetmə cüdoçular 4 medal qazanıblar
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yeniyetmə cüdoçular arasında Avropa kubokuna yekun vurulub. İki gün davam edən yarışda 19 ölkədən 298 (174 oğlan, 124 qız) yeniyetmə cüdoçu qalib adı uğrunda mübarizə aparıb.
Yeniyetmə cüdoçularımız Avropa kubokunda 4 medal qazanıblar
Çexiyanin Teplitse şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. 33 ölkədən 687 (415 oğlan, 272 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Ölkəmizi Avropa kubokunda 21 (19 kişi, 2 qız) cüdoçu təmsil edib.
Cüdoçularımız reytinqdə irəliləyiblər
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Tbilisi və Samsun Qran-prisindən sonra tərtib olunan yeni siyahı millimizin aparıcı üzvləri üçün uğurlu olub.
“Novruz turniri” yekunlaşıb
“Kanokan TT” idman klubunda cüdo üzrə “Novruz turniri” yarışı keçirilib. Cüdoçular müxtəlif yaş qruplarında mübarizə aparıblar.
Cüdoçularımızın Qran-pri sınağı uğurla başa çatdı
Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə martın 29-da yekun vurulub. 67 ölkədən 491 (305 kişi, 186 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında ölkəmizi 12 cüdoçu təmsil edib. Tbilisi Qran-prisindən fərqli olaraq, komandamız bu yarışda qadınların mübarizəsində iştirak etməyib. Turnirin ilk günündə 4 cüdoçumuz tatami üzərinə çıxıb. Onlardan yalnız Orxan Səfərov (60 kq) mükafatçılar sırasında yer alıb.
Beynəlxalq Qran-pri turnirindən 3 medal
Cüdo üzrə Azərbaycan milli komandası Tbilisidə beynəlxalq Qran-pri yarışlarında üç medal qazanıb
Komandamız Qran-pri yarışına hazırlaşır
Çexiyanın Ninburq şəhərində keçirilən cüdo üzrə beynəlxalq təlim-məşq toplanışına yekun vurulub.
Cüdoçularımız yeni siyahıda mövqelərini qoruyublar
Beynəlxalq Cüdo Federasiyası mart ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahıda millimizin aparıcı üzvlərindən bəziləri mövqelərini qorusa da, digər cüdoçular üçün bunları söyləmək mümkün deyil.
Cüdo üzrə qitə çempionatı Avropa Oyunları çərçivəsində keçiriləcək
Cüdo üzrə Avropa Çempionatı bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində baş tutacaq
Cüdoçularımız yeni siyahıda mövqelərini yaxşılaşdırıblar
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahını Azərbaycan millisinin aparıcı üzvlər üçün uğurlu hesab etmək olar.
Beş cüdoçumuz ilk “onluq”da yer alıb
Beynəlxalq Cüdo Federasiyası 2015-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Reytinq siyahısını millimizin aparıcı üzvləri üçün uğurlu saymaq olar.
Fövqəladə Hallar Nazirliyinin cüdoçusu qızıl medal qazanıb
Yanvarın 17-18-də Şağan Olimpiya Mərkəzində cüdo üzrə açıq Bakı birinciliyi keçirilib. Turnirdə ümumilikdə 16 komandadan 170 idmançı qüvvəsini sınayıb. Olimpiya sistemi ilə keçirilən birincilikdə Fövqəladə Hallar Nazirliyinin (FHN) komandası da mübarizə aparıb.
Cüdo üzrə açıq Bakı birinciliyi başa çatıb
Birincilikdə 169 idmançı 8 çəki dərəcəsində mübarizə aparıb
Cüdoçularımızın Türkiyə sınağı uğurlu olub
Türkiyənin Adana şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. 12 çəki dərəcəsi üzrə keçirilən yarış 8-16 yaş qrupları üzrə təşkil olunub
İlin son reytinq sıyahısında cüdoçularımızın mövqeyi dəyişmədi
Beynəlxalq Cüdo Federasiyası 2014-cü ilin yekun reytinq cədvəlini açıqlayıb. Yeni siyahıda millimizin aparıcı üzvlərinin mövqeyində dəyişiklik olmayıb.
Cüdoçular Masallıda yarışıblar
Dekabrın 10-11-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər 2 saylı tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan cüdo üzrə rayon birinciliyi keçirilib.
Cüdoçularımız “Böyük dəbilqə” turnirində yarışıblar
Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. 65 ölkədən 416 (246 kişi, 170 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar.
Cüdoçularımız Qran-pri turnirini üç medalla başa vurdular
Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. 42 ölkədən 275 (151 kişi, 124 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar
Cüdoçularımız Qran-pri turnirində mübarizə aparırlar
Noyabrın 27-də Koreya Respublikasının Jeju şəhərində böyüklər arasında cüdo üzrə Qran-pri turniri start götürüb. 42 ölkədən 278 (153 kişi, 125 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar.
Gənc cüdoçularımız Polşadan 3 medalla qayıdırlar
Polşanın Vrotslav şəhərində keçirilən 23 yaşınadək gənclər arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub. 37 ölkədən 298 (195 kişi, 103 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırdılar.
SON XƏBƏRLƏR
Medal sayı
Facebook