Millimiz Meksikaya yollandı Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız Meksikaya təlim-məşq toplanışına yollanıb. Mayın 24-nə kimi davam edəcək hazırlıq prossesində yığmanın bütün liderləri iştirak edəcəklər.
Floyd Meyvezer əsrin döyüşündə qalib gəldi Floyd Meyvezer və Manni Pakiao arasında keçirilən əsrin boks döyüşü hakimlərin qərarına əsasən birincinin qələbəsi ilə başa çatıb
“Baku Fires” doğma meydanda növbəti görüşünü keçirib Ümumdünya Boks Seriyasının (WSB) 14-cü turunda Azərbaycanın “Baku Fires” klubu Quba Olimpiya Kompleksində Argentinanın “Argentina Condors” komandasını qəbul edib. Komandamız görüşü tam üstünlüklə öz xeyrinə başa vurub - 5:0.
Azərbaycan boks məktəbi böyük inkişaf yolundadır Boks idman növü dünyada böyük populyarlığa malikdir. Olimpiya proqramında yer alan bu növ dünyanın ən güclü ölkələrində yüksək səviyyədə inkişaf edib. Azərbaycanda boksun tarixi ənənələri var.
Kliçko superağır çəkidə liderdir Keçmiş mütləq dünya çempionu və Seul-1988 Olimpiadasının çempionu Lennoks Lyuis superağır çəkidə təcrübəli ukraynalı boksçu Vladimir Kliçkonun layiqli rəqibi olmadığını bildirib
Özbəkistan boksçuları paytaxtımızda təlim-məşqlərdə iştirak edirlər Boks üzrə yığma komandamız birinci Avropa Oyunlarına hazırlığı davam etdirir. Kişilərdən ibarət yığma komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman zalında növbəti təlim-məşqlərə cəlb olunub.
Boksçularımızın lisenziya qazanmaq şansları artır Ümumdünya Boks Seriyası (WSB) 11-ci turdan sonra fərdi reytinq cədvəlini açıqlayıb. “Baku Fires” klubunun iki üzvü - Məhəmməd Qurbanov və Albert Səlimov öz çəkilərində reytinq cədvəlinə başçılıq edirlər. Heybətulla Hacəliyev isə Polşada qələbə qazandıqdan sonra 2-ci yerə yüksəlib.
İdmançılarımız reytinqdə 1-ci sıradadırlar Ümumdünya Boks Seriyası (WSB) 9-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. “Baku Fires” klubunun iki üzvü reytinqdə 1-ci yeri tutur.
Boks üzrə milli komandamız İtaliyaya yola düşüb Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız İtaliyaya təlim-məşq toplanışına yollanıb. Yığmamız 8 gün İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.