Voleybol üzrə Bakı şəhər birinciliyi keçirilib
Xətai rayon Uşaq Gənclər İdman Məktəbində voleybol üzrə 1998-1999-cu il təvəllüdlü oğlanlar və qızlar arasında Bakı şəhər birinciliyi keçirilib.
“Rabitə” Çempionlar Liqasında yenidən mübarizəyə başlayır
“Rabitə” Çempionlar Liqasında növbəti sınaq üçün ilkin heyətini açıqlayıb. Yeni mövsümdən Dejan Brdjoviçin baş məşqçilik edəcəyi Azərbaycan çempionu hələlik 10 voleybolçunun adını sifariş edib.
Son ölkə çempionundan 3 transfer
Azərbaycan çempionu “Rabitə” heyətini gücləndirməkdə davam edir. Bakı təmsilçisi əvəzedici komandası “Telekom”da oynayan 3 oyunçusunu heyətinə cəlb edib.
Meydan sahibləri dünya çempionu olublar
Kişi voleybolçular arasında keçirilən dünya çempionatına yekun vurulub. Polşada təşkil olunan yarışın qalibi adına elə meydan sahibləri nail olublar.
Millimiz dünya çempionatında çıxışını davam etdirir
Qadın voleybolçular arasında dünya çempionatına start verilib. 24 komandanın mübarizə apardığı çempionatda Azərbaycan millisi də qüvvəsini sınayır. Məlumat üçün bildirək ki, komandamız çempionata güclü hazırlaşıb. Belə ki, millimiz bir neçə ölkədə təlim-məşq toplanışında olub.
“İnanıram ki, ondan çox şey öyrənəcəm”
“İqtisadçı”nın yeni transferi Kayla Banvart Bakı klubuna keçidinə münasibət bildirib. “Rabitə” ilə Azərbaycan çempionu adını qazanan və 2014/2015-ci illər mövsümündə “universitet komandası”nda icarə əsasında oynayacaq amerikalı libero yeni komandasında uğurla çıxış edəcəyini bildrib.
“Lokomotiv” heyətini daha da gücləndirir
Yeni mövsüm üçün hazırlıqlarını Bakıda davam etdirən “Lokomotiv” heyətinə daha bir voleybolçu cəlb edib.
“Azəryol”lu öz mükafatına qovuşdu
Qadın voleybolçular arasında dünya çempionatında Azərbaycan millisinin rəqibi olan Belçika millisi yoxlama matçı keçirib.
“Azəryol” rəqiblərini Voleybol Mərkəzində qəbul edəcək
Azərbaycan klublarının qadın voleybolçular arasında Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi arenalar müəyyənləşib. Super-liqanın iki ən yaxşı klubu - “Rabitə” və “Azəryol” əvvəlki illərdə rəqiblərini qəbul etdiyi meydanlarda çıxış edəcəklər.
“Bakı ilk andan mənə çox yaxşı təsir bağışladı”
“Mən Bakıda olmağımdan çox şadam. Dünyanın ən güclü voleybol klublarından birinin heyətindəyəm. Bu komanda məndə xoş təəssüratlar yaradır”.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti dəqiqləşib
Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək dünya çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti dəqiqləşib
“Məşqlər çox ağır keçir, amma belə də olmalıdır”
“Yeni klubumda ilk təəssüratlarım yüksəkdir. Komandada hər şey çox yaxşı təşkil olunub”. Bu sözləri “Rabitə” ilə 2 dəfə Azərbaycan çempionu olmuş Katarjina Skorupa deyib.
DÇ-nin ən böyük yaşlı voleybolçusu bolqarıstanlı imdançıdır
Sentyabrın 23-də İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının ən böyük və ən kiçik yaşlı voleybolçularının adı məlum olub.
“Dəmiryolçular” 3 oyunçusu ilə müqavilənin müddətini uzadıblar
“Azərreyl” yeni mövsüm üçün heyətini gücləndirir. Heyətinin böyük əksəriyyətini itirən “dəmiryolçular” bir neçə voleybolçusu ilə müqavilənin müddətini yeniləyiblər.
Klublarımızın oyunlarının vaxtı müəyyənləşib
Qadın voleybolçulardan ibarət Çempionlar Liqasının təqvimi müəyyənləşib. Super-liqanın qalibi “Rabitə”nin və gümüş medalçısı “Azəryol”un oyunlarının başlama günü və saatı bəlli olub. Hər iki paytaxt təmsilçisi Çempionlar Liqasına eyni gündə - noyabrın 12-də start verəcək. Məlumat üçün bildirək ki, “Rabitə” ilk oyununu səfərdə, “Azəryol” isə doğma meydanda keçirəcək.
Super-liqanın təmsilçiləri dünya çempionatında mübarizə aparacaqlar
Qadın voleybolçular arasında dünya çempionatına yollanacaq 24 yığmanın ilkin heyəti açıqlanıb. Sentyabrın 23-də təşkil olunacaq çempionatda Azərbaycan Super-liqasında qüvvəsini sınayan 19 oyunçu müxtəlif yığmaların heyətinə dəvət olunub. Belə ki, Bakının 4 klubunda mübarizə aparan əcnəbi voleybolçuların öz millilərinin heyətində meydana çıxması gözlənilir.
Voleybolçumuz karyerasını Türkiyədə davam etdirəcək
Azərbaycan millisinin voleybolçusu Anita Bredis karyerasını Türkiyədə davam etdirəcək. 22 yaşlı toppaylayıcımız Super Liqada mübarizə aparan “Yeşilyurt”la danışıqları müsbət yekunlaşdırıb.
Komandamız hazırlıqlarını davam etdirir
Bolqarıstanda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Faiq Qarayevin yetirmələri ev sahiblərinin yığması ilə üz-üzə gəliblər.
Rəqibimiz heyətini gücləndirir
Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin rəqibi olan Çexiyanın “Agel” klubu heyətini gücləndirməkdə davam edir. Klub rəhbərliyi kubalı Lanni Kastaneda Simonu ilə razılığa gəlib.
Voleybolçumuz komandamıza kömək edə bilməyəcək
Dünya çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi Faiq Qarayev ilkin heyətə 19 oyunçunun adını daxil edib.
Voleybolçu öz yığmasına dəvət olunub
“Azəryol” klubunun yeni transferi Yovana Brakoçeviç dünya çempionatında qüvvəsini sınayacaq.
Diana “Dinamo- Romprest”də
“Telekom”un sabiq voleybolçusu Diana Anisova özünə yeni iş yeri tapıb.
Millimizi meydana Çervyakov çıxardacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisini dünya çempionatının oyunlarına baş məşqçi Faiq Qarayev çıxarmayacaq. Təcrübəli mütəxəssis sentyabrın 23-də İtaliyada start götürəcək mundialda tapşırıqlarını kənardan verəcək. Dünya çempionatında meydanda millimizin “sükanı arxası”nda Qarayev deyil, köməkçisi Aleksandr Çervyakov yer alacaq.
“Dəmiryolçular” növbəti transferi reallaşdırıblar
Bakının “Lokomotiv” klubu heyətini gücləndirməkdə davam edir. Paytaxt təmsilçisi bu dəfə Serbiya millisinin sabiq voleybolçusu İvana Derisilo ilə razılığa gəlib. Son 2 mövsümdə zədə səbəbindən oynaya bilməyən 31 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Onun sonuncu klubu İtaliya “Urbino”su olub (2011-2012).
Voleybolçularımız mövqelərini qoruyublar
Beynəlxalq Voleybol Federasiyası qadın komandaların yeni reytinq siyahısını açıqlayıb. Təxminən 10 aylıq müddətdən sonra tərtib olunan siyahıda Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb.
“Azəryol” heyətini gücləndirir
Yeni mövsümə hazırlaşan “Azəryol” növbəti transferini reallaşdırıb. Ötən mövsümü gümüş medalla bitirən Bakı klubu bu dəfə Kanada millisinin hücumçusu Tabita Lavı heyətinə cəlb edib.
Voleybolçularımız beynəlxalq turnirin qalibi olublar
Voleybolçularımız Serbiyada keçirilən kontinental kubokun ikinci etapinda birinci yerə sahib çıxıblar. Xatırladaq ki, Belqradda keçirilən yarışda ölkəmizi kişi və qadınlardan ibarət idmançılarımız təmsil ediblər.
Braziliyada növbəti böyük oğurluq hadisəsi
Voleybol üzrə dünya çempionlarına verilən kuboklar oğurlanıb.
“Dəmiryolçular”ın heyəti çexiyalı voleybolçu ilə gücləndirildi
Ötən mövsümü uğursuz başa vuran “Lokomotiv” növbəti transferini reallaşdırıb. “Dəmiryolçular” bu dəfə çexiyalı voleybolçu Sarka Kubinovanı heyətinə qatıb.
Voleybolçularımız dünya çempionatına Bolqarıstanda hazırlaşacaqlar
Sloveniyada təlim-məşq toplanışında olan voleybol üzrə Azərbaycan milli komandası bu ölkəni yoxlama matçı keçirmədən tərk edə bilər. Dünya çempionatına hazırlaşan komandamız hələlik güclü rəqiblərlə qarşılaşmaqda maraqlı deyil
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev