"ShamkirChess"in vaxtı müəyyənləşib Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturniri bu il də keçiriləcək. İlk tur martın 31-də nəzərdə tutulub.
6 şahmatçımız Astanaya yola düşəcək Martın 5-də Astanada start götürəcək komandalararası dünya çempionatında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Şahmatçılar Olimpiada iştirak edə bilər Şahmatın 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarının proqramına salınması ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iyunun 24-dən 26-dək Lozannada keçiriləcək sessiyasında qəbul edilə bilər.
Xətai məktəbiləri Vüqar Həşimovun xatirəsinə şahmat turnirində yarışıblar Xətai rayon 254 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Düşünən beyin" adlı layihə çərçivəsində şahmat turniri təşkil edilib. Turnirdə hər birinin tərkibində 5 nəfər olmaqla 16 komanda, ümumilikdə isə 80 nəfər uşaq, yeniyetmə və gənc iştirak edib. Turnirin yekun nəticələrinə görə, I yeri 264 saylı tam orta məktəbin komandası tutub. II və III yerlərə isə müvafiq olaraq 261 və 254 saylı tam orta məktəbin komandaları layiq görülüb.
Beynəlxalq reytinq turniri başa çatıb Respublika Şahmat Mərkəzində 16 yaşınadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar arasında beynəlxalq reytinq turniri başa çatıb.
İlk dəfə olaraq şahmatın üç növü üzrə mübarizə aparılacaq Yunanıstanın Halkidiki şəhərində 14, 16 və 18 yaşa qədər oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya birinciliyində ilk dəfə olaraq şahmatın üç növü üzrə medallar uğrunda mübarizə aparılacaq.
Qadın şahmatçılarımız heç-heçə edib Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının 9-cu turun oyunlarındakişilərdən ibarət millimiz Çin komandasına uduzub - 1,5:2,5 . Qadın şahmatçılarımız isə Ukrayna ilə heç-heçə edib - 2:2.
Gözdən Əlil Şahmat və Dama Federasiyasının fəxri prezidenti seçildi Avqustun 17-də Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov federasiyanın fəliyyətindən söz açaraq qarşıda duran vəzifələrdən danışdı və tədbirin qurumun yeni heyətinin yaradılmasına həsr olunduğunu dedi.
Şəhriyar Məmmədyarov üçüncü yeri tutub ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi - “Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb.
Şəhriyar Məmmədyarov ikincidir ABŞ qrossmeysteri Fabiano Karuana “Grand Chess Tour” seriyasının ABŞ-ın Sent-Luis şəhərində oynanılan üçüncü mərhələsində uğurla başlayıb.