Almaniyaya çempionluq qazandıran qrossmeyster millimizin heyətinə daxil edildi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Avqust üçün müəyyənləşən “Top-100”də 3 Azərbaycan şahmatçısı yer alıb. Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Teymur Rəcəbova məxsusdu. Ötən ayla müqayisədə 1 pillə geriləyən qrossmeysterimiz ilk “20-liyi” qapayır. Onun aktivində yenə 2738 xalı var. Teymur Rəcəbovdan fərqli olaraq Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. Aktivində 2735 reytinq xalı olan şahmatçımız 22-ci pillədə yer alır.
Şahmatçılarımız “Sardaran Open” beynəlxalq festivalında
İyulun 22-də İranın Urmiya şəhərində “Sardaran Open” IV beynəlxalq şahmat festivalı start götürüb.
“Batumi Kuboku 2015” beynəlxalq şahmat festivalı başa çatdı
Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Kuboku 2015” beynəlxalq şahmat festivalına yekun vurulub.
Şahmatçılarımız məktəblilərin Avropa çempionatını 5 medalla başa vurublar
Türkiyənin Konya şəhərində keçirilən 7-17 yaşınadək məktəblilər arasında şahmat üzrə Avropa çempionatına yekun vurulub. Yarışda ölkəmizlə yanaşı, Rusiya, Türkiyə, İngiltərə, Finlandiya, Bolqarıstan, Rumuniya və Moldovadan ümumilikdə 670 şahmatçı mübarizə aparıb.
Şahmatçımız Dünya kubokunda iştirak edəcək
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Kirsan İlyumjinov Azərbaycan Şahmat Federasiyasının xahişini nəzərə alaraq, beynəlxalq qrossmeyster Qədir Hüseynovun indiyədək göstərdiyi nailiyyətlərini əsas tutaraq Dünya kubokunda iştirakına razılıq verib.
Şahmatçımız “Dünyanın gənc ulduzları” beynəlxalq şahmat turnirində yarışır
Mayın 19-da Kirişidə (Leninqrad vilayəti, Rusiya) Van Somovanın xatirəsinə həsr olunmuş 20 yaşınadək yeniyetmələr arasında “Dünyanın gənc ulduzları” beynəlxalq şahmat turniri start götürüb.
Dünya çempionatı şahmatçılarımız üçün uğurlu olub
Tailandın Pattaya şəhərində 7-17 yaşlı məktəblilər arasında keçirilən Dünya çempionatı başa çatıb.Zəka sahibləri Tailanddan 4 qızıl medal gətirdilər
“Olimpiya dünyası-2015” beynəlxalq yarışları
“Olimpiya dünyası” qəzeti 2015-ci il üçün şahmat məsələ və etüdlərinin tərtibi üzrə beynəlxalq yarışlar keçirir. Yarışlar, ənənəvi olaraq, dörd bölmə (ikigedişli, üçgedişli, çoxgedişli, etüdlər) üzrə keçirilir.
Azərbaycan şahmatçılarına FİDE-nin adları verilib
Çinin Çendu şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası keçirilib.
Şahmatçılar xatirə turnirində iştirak ediblər
Ağdamda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə 16 yaşınadək uşaqlar arasında şahmat turniri keçirilib.
11-ci Beynəlxalq Şahmat Həlletmə yarışı
Dünya Şahmat Bəstəçiliyi Federasiyasının (World Federation for Chess Composition) təşkilatçılığı ilə hər il ənənəvi olaraq, Beynəlxalq Şahmat Həlletmə Yarışı (11th International Solving Contest) keçirilir. Yanvarın son günlərində başlayan bu yarış bu il 11-ci dəfədir ki, təşkil olunur. İldən ilə bütün dünyada çox populyarlıq qazanan bu yarış 25 yanvarda, 26 ölkədə eyni tapşırıqlarla və eyni vaxtda start götürdü.
“Shamkir Chess 2015” turniri davam edir
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2015” turnirində 5-ci turun görüşlərinə yekun vurulub. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov uzun və gərgin mübarizədən sonra 76-cı gedişdə rusiyalı qrossmeyster, keçmiş dünya çempionu Vladimir Kramnik üzərində qələbə qazanıb. Digər həmyerlimiz Rauf Məmmədov isə İngiltərə təmsilçisi Maykl Adamsla xalları yarı bölüb.
Kirsan İlyumjinov: “Bu turnir, yəqin ki, 2015-ci ildə FİDE-nin keçirdiyi ən güclü turnirdir
“Azərbaycanın qərbində yerləşən kiçik Şəmkir şəhəri keçən il qəflətən vəfat etmiş tanınmış Azərbaycan qrossmeysteri Vüqar Həşimovun şərəfinə keçirilən şahmat turniri ilə bütün dünyada tanınıb. Artıq ikinci dəfədir ki, bu turnir dünya şahmatının bütün elitasını bir araya gətirir”. Bu sözlər “Rossiya 24” televiziya kanalının Vüqar Həşimovun xatirəsinə keçirilən şahmat turnirinə həsr olunmuş süjetində səslənib.
Şəhriyar Məmmədov Kramniki məğlub edib
Şəhriyar Məmmədyarov bugünlərdə Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialının beşinci turunda keçmiş dünya çempionu rusiyalı Vladimir Kramnikə qalib gəlib
“Dubay Open” turniri yekunlaşdı
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 17-ci “Dubay Open” beynəlxalq şahmat turnirinə yekun vurulub. 30-dək ölkədən, (67 qrossmeyster) 164 şahmatçının iştirak etdiyi turnirdə azərbaycanlı zəka sahibləri də mübarizəyə ararıblar. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.
FİDE-nin prezidenti açılış mərasimində iştirak edəcək
Kirsan İlyumjinov “Shamkir Chess 2015” turnirinin açılış mərasimində iştirak edəcək
Paytaxt birinciliyi davam edir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2007-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə paytaxt birinciliyinə start verilib.
“Aeroflot Open-2015” beynəlxalq şahmat festivalı başa çatıb
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən şahmat üzrə ənənəvi “Aeroflot Open-2015” beynəlxalq şahmat festivalına yekun vurulub.
Şahmat üzrə Azərbaycan çempionatı başa çatıb
Respublika Şahmat Mərkəzində 14-16-18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub. 18 yaşınadək qızlar arasında Aytən Əmrayeva (Bakı) 7 oyundan sonra maksimum nəticə göstərərək çempion adını qazanıb. Nərmin Məmmədova (Bakı) 5 xalla 2-ci, Xatun Bağırova (Bakı) 4,5 xalla 3-cü olub.
Şamaxıda şahmat üzrə Novruz turniri keçirilib
Şamaxı rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Novruz turniri” adı altında məktəbli şahmatçılar arasında şəhər birinciliyi keçirilib. Maraqlı idman mübarizəsində keçən turnirdə 98 şahmatçı mübarizə aparıb. Oğlan və qız şahmatçıların iştirak etdiyi turnir 6 yaş qrupunda keçirilib. 9 turdan 8,5 xal toplayan Şamaxı Avropa liseyinin VII sinif şagirdi Asim Sərxanov turnirin qalibi olub.
“Aeroflot Open - 2015” beynəlxalq şahmat festivalı davam edir
Rusiyanın paytaxtı Moskva şəhərində şahmat üzrə ənənəvi “Aeroflot Open-2015” turniri keçirilir. 13 ölkədən 310 zəka sahibinin iştirak etdiyi yarışda azərbaycanlı qrossmeysterlər də yer alıblar. 9 turdan ibarət olan şahmat festivalında yarışlar 3 qrup (A-güclülər, B-əmsalı 2550-dən az olanlar və C-həvəskarlar) üzrə təşkil olunub.
Şahmatçılarımız Avropa çempionatında yarışacaqlar
Turnirdə 33 ölkədən 118-i qrossmeyster olmaqla 256 şahmatçı iştirak edəcək
Lənkəranda şahmat üzrə respublika birinciliyinin zona turniri keçirilir
Lənkəranda uşaq-gənclər şahmat məktəblərinin komandaları arasında respublika birinciliyinin zona yarışlarına start verilib. Lənkəran şəhər şahmat məktəbində keçirilən yarışlarda 12 komandanı təmsil edən 72 gənc zəka sahibi mübarizə aparır.
“Xəzər Open” turnirindən bürünc medal
İranın Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq “Xəzər Open” şahmat festivalı başa çatıb. Turnirdə 15 ölkədən 321 zəka sahibi qələbə uğrunda mübarizə aparıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarış - A ,B ,C və D qrupları üzrə keçirilib.
Qara fiqurlar şahmatçımız üçün düşərli oldu
Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən şahmat üzrə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-pri seriyasının 3-cü mərhələsi davam edir.
Şəhriyar Məmmədyarov İslandiyaya gedir
Tanınmış şahmatçı Şəhriyar Məmmədyarov Novruz bayramı ərəfəsində mart ayında yeni bir yarışa dəvət alıb. Qrossmeysterimiz martın 10-18-də İslandiyada keçiriləcək “Reykyavik Open”də mübarizə aparacaq.
Şahmatçılarımız “Xəzər Open”də uğurla çıxış edirlər
İranın Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq “Xəzər Open” şahmat festivalında 3-cü turun oyunları başa çatıb. 15 ölkədən 321 zəka sahibinin qüvvəsini sınadığı yarışda ölkəmizi müxtəlif qruplarda 60 şahmatçı təmsil edir.
Rusiyalı qrossmeyster Şəmkirə gələ bilməyəcəyinə görə təəssüflənir
Xəbər verdiyimiz kimi, bu ilin yaz aylarında Şəmkirdə mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq yarış təşkil ediləcək.
Qrossmeysterlərimiz Avropa çempionatında iştirak edəcəklər
Fevralın 24-də İsraildə kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürəcək. Turnirdə 118-i qrossmeyster olmaqla 250 şahmatçı iştirak edəcək.
Qran-pri turnirinin yeni seriyasında ən güclü şahmatçılar iştirak edəcəklər
Ən güclü şahmatçıların iştirakı ilə Qran-pri turnirinin yeni seriyası keçiriləcək. Seriyanın “Golden League” adlandırılacağı güman olunur. Stavanger (Norveç), Sent-Luis (ABŞ) və London (Böyük Britaniya) turnirləri bu seriyaya daxil ediləcək. Qran-pri yarışlarının dördüncü mərhələsinin Cakartada (İndoneziya) təşkil edilməsi planlaşdırılır.