Təmsilçilərimiz “Qətər Masters Open-2014” turnirində yarışırlar
Noyabrın 26-da Qətərin paytaxtı Doha şəhərində “Qətər Masters Open 2014” beynəlxalq şahmat turniri start götürüb.
FİDE dünya çempionatını ABŞ-da təşkil edəcək
FİDE prezidenti bildirib ki, şahmat üzrə növbəti dünya çempionatı 2016-cı ildə ABŞ-da keçiriləcək
Blits və rapid üzrə Avropa çempionatında 7 medal
Estoniyanın paytaxtı Tallin şəhərində 8-18 yaşlı yeniyetmələr arasında sürətli şahmat (rapid) və blits üzrə keçirilən Avropa çempionatına yekun vurulub.
Şahmatçımızı blitsdə qabaqlayan olmadı
Soçidə keçirilən Mixail Talın xatirəsinə həsr olunmuş blits turnirinə yekun vurulub. Turnirdə Şəhriyar Məmmədyarovla yanaşı, Vladimir Kramnik, Sergey Karyakin, Pyotr Svidler, Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Yevgeni Tomaşevski, Aleksandr Morozeviç, Ernesto İnarkiyev, Aleksandra Kostenyuk (hamısı Rusiya), Boris Gelfand (İsrail) və Peter Leko (Macarıstan) mübarizə aparıblar.
Bakı çempionatında liderlərin sayı artır
Respublika Şahmat Mərkəzində keçirilən kişilər və qadınlar arasında Bakı çempionatının başa çatmasına 2 tur qalıb.
“Hind pələngi” vunderkinddən geri qalır
Rusiyanın Soçi şəhərində təşkil olunan dünya çempionu adı uğrunda iki şahmatçının mübarizəsi davam edir. Hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863) və keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan, 2792) arasında 12 partiyadan ibarət yarış artıq yarıya çatıb.
Azərbaycan şahmatı tarixində yeni rekord
FİDE-nin Prezident Şurasının qərarına əsasən 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adı verilib. Günay Azərbaycanın şahmat tarixində belə gənc yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adı alan ilk şahmatçıdır.
Fuad Cəfərovun xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunan klassik şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Soçidə nəticələr bərabərdir
Noyabrın 7-də dünya şahmat tacı uğrunda mübarizəyə start verilib. Rusiyanın Soçi şəhərində keçirilən yarışda norveçli dünya çempionu Maqnus Karlsen (2863) keçmiş çempion hindistanlı Vişvanatan Anandla (2792) qarşılaşır.
Şahmatçımız Qran-pri turnirində ikinci oldu
Şahmat üzrə FİDE Qran-pri turnirinin 2014-2015-ci illər üzrə Daşkənddə keçirilən ikinci mərhələsi başa çatıb. Oktyabrın 20-dən noyabrın 3-nə qədər davam edən bu mərhələdə dairəvi sistem üzrə 12 qrossmeyster qüvvəsini sınayıb. Yarış ərzində tez-tez liderlər dəyişib. Bu, turnirdə mübarizə aparan qrossmeysterlərin eyni gücdə olmasından xəbər verir.
Bu gün Soçidə şahmat tacı uğrunda mübarizə başlayır
Dünya şahmat tacı uğrunda mübarizənin son mərhələsi yaxınlaşır. Belə ki, noyabrın 7-28-də şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen keçmiş çempion hindistanlı Vişvanatan Anandla qarşılaşacaq. Dünya şahmat tacı uğrunda mübarizədə qalib 12 partiyanın tamamında müəyyənləşəcək.
Zəka sahiblərimiz Avropa çempionatında beş medal qazanıblar
Gürcüstanın Batumi şəhərində 8-18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycanın gənc şahmatçıları hər il olduğu kimi bu çempionatda da medallar uğrunda mübarizədə əsas namizədlərdən biri olub. Çempionatın nəticələrinə görə ölkəmizin gənc şahmatçıları 5 medal (2 qızıl, 1 gümüş və 2 bürünc) qazanıblar.
Zirvədə yeni ad: Baadur Cobava
Şahmat üzrə FİDE Qran-pri turnirinin 2014-015-ci illər üzrə Daşkənddə keçirilən ikinci mərhələsi davam edir. Dairəvi sistem üzrə keçirilən turnirdə dünyanın ən güclü 12 şahmatçısı mübarizə aparır. Ötən saylarımızda ilk beş turun nəticələri ilə bağlı məlumat vermişdik.
Daşkənddə lider dəyişdi
Şahmat üzrə FİDE Qran-pri turnirinin 2014-2015-ci illər üzrə Daşkənddə keçirilən ikinci mərhələsi davam edir. Xəbər verdiyimiz kimi bu mərhələdə dairəvi sistem üzrə 12 qrossmeyster qüvvəsini sınayır. Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov (2764) və Teymur Rəcəbov (2726) həm biri-biri ilə həm də Fabiano Karuana (İtaliya, 2844), Aniş Qiri (Hollandiya, 2768), Sergey Karyakin (Rusiya, 2767), Hikaru Nakamura (ABŞ, 2764), Maksim Vaşye-Laqrav (Fransa, 2757), Boris Gelfand (İsrail, 2748), Dmitri Yakovenko (Rusiya, 2747), Dmitri Andreykin (Rusiya, 2722), Baadur Cobava (Gürcüstan, 2717) və Rüstəm Qasımcanov (Özbəkistan, 2706) kimi güclü rəqiblərinə qarşı mübarizə aparırlar. Ötən sayımızda ilk iki turun nəticələri ilə bağlı məlumat vermişdik.
Şahmatçımız 2 illik fasilədən sonra yenidən Veyk-an-Zeedə
Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi təşkil olunan beynəlxalq turnirin 14 iştirakçısından 12-nin adı müəyyənləşib. 2015-ci il yanvarın 9-25-də keçiriləcək yarışa 2 illik fasilədən sonra azərbaycanlı qrossmeyster də qatılacaq.
Şahmat bəstəçiliyi üzrə “Olimpiya dünyası-2014” beynəlxalq yarışları
“Olimpiya dünyası” qəzeti 2005-ci ildən başlayaraq şahmat bəstəçiliyi üzrə beynəlxalq yarışlar keçirir. Qəzetimizin şahmat bəstəçiliyi üzrə keçirdiyi beynəlxalq yarışlarda yer tutan bir çox bəstələr dünyada çoxsaylı jurnal və kitablarda, hətta dünyanın şahmat bəstəçiliyinin qızıl kitabı sayılan FİDE albomunda da dərc edilib. Hətta qəzetimizdə dərc edilən etüdlərdən biri 2010-cu ilin etüdü seçilib.
Zəka oyunlarının şahı bütün dünyanı fəth edib
Stolüstü idman növləri arasında miqyasına görə böyük rəğbət qazanan şahmat artıq dünyada milyonların sevimli məşğuliyyətinə çevrilib. Ən güclü zəka sahibləri qüvvələrini müxtəlif miqyaslı yarışlarda sınayırlar. Artıq şahmat üzrə keçirilən yarışlar dünyanın ən bahalı idman növləri siyahısına daxil edilib.
Azərbaycan şahmatçıları Hindistanda
Oktyabrın 6-da Hindistanın Puna şəhərində 20 yaşadək yeniyetmə şahmatçılar arasında dünya çempionatı başlayıb
Avropa çempionu ilk onluğa qayıtdı
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. FİDE-nin 100 ən güclü kişi şahmatçısının reytinq cədvəlində Azərbaycan təmsilçiləri də yer alıb.
“Olimpiya dünyası-2014” beynəlxalq yarışları
“Olimpiya dünyası” qəzeti 2014-cü il üçün şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar keçirir. Yarışlar ənənəvi olaraq dörd bölmə (ikigedişli, üçgedişli, çoxgedişli, etüdlər) üzrə aparılır. Xatırladaq ki, şahmat guşəsi həftədə bir dəfə - çərşənbə axşamı və ya cümə günləri işıq üzü görür. Yarışların nəticələri gələn ilin fevral - aprel aylarında dərc olunacaq. Orijinal şahmat bəstələrini guşənin aparıcısı İlham Əliyevin (Sumqayıt) elektron ünvanına göndərmək lazımdır: bestechi@mail.ru. Şahmat bəstələrinin son göndəriş tarixi: 20.10.2014.
Bakı Qran-prisinin partiyaları canlı yayımlanacaq
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-pri turnirinin Bakıda təşkil olunacaq mərhələ yarışlarının bütün partiyaları rəsmi sayt (baku2014.fide.com) vasitəsilə canlı yayımlanacaq.
“Baku Open 2014”də liderlərin sayı artır
Azərbaycanın Müstəqillik Gününə həsr olunan ənənəvi “Baku Open 2014” beynəlxalq şahmat festivalının ikinci turu başa çatıb.
SOCAR Avropada liderdir
Sentyabrın 14-də İspaniyanın Bilbao şəhərində şahmat üzrə klublararası Avropa çempionatı başlanıb. Yarışda iştirak edən kişilərdən ibarət 52 klubun mübarizəsində ölkəmizi SOCAR və “Odlar Yurdu” komandaları təmsil edirlər. SOCAR-ın heyətində Teymur Rəcəbov (2717), Şəhriyar Məmmədyarov (2756), Aniş Qiri (2758), Anton Korobov (2673), Van Hao (2730), Eltac Səfərli (2655), Maykl Adams (2752) və Veselin Topalov (2784) çıxış edirlər.
“Baku-Open 2014”də C turniri başa çatıb
Respublika Şahmat Mərkəzində keçirilən Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş “Baku-Open 2014” beynəlxalq şahmat festivalında C turniri (12 yaşınadək uşaqlar arasında) başa çatıb.
Tehrandan bürünc mükafat sorağı
Azərbaycan qrossmeysteri Azər Mirzəyev Tehranda başa çatmış “ECO Chess Cup 2014” beynəlxalq şahmat turnirində üçüncü yeri tutub.
Avropa klubları Bilbaoda yarışırlar
Sentyabrın 13-dən 20-dək İspaniyanın Bilbao şəhərində şahmat üzrə Avropa klubları kuboku keçirilir.
Şahmat həlletməsi üzrə yığmamız Berndə yüksək nəticə göstərib
İsveçrənin paytaxtı Bern şəhərində 57-ci Dünya Şahmat Bəstəçiliyi konqresi (57th World Congress of Chess Composition) keçirildi. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federaiyasının (World Federation for Chess Composition) iclasları, yeni prezidentin seçkisi və ən əsas tədbır, şahmat məsələlərinin həlli üzrə 38-ci dünya çempionatı (38th World Chess Solving Championship) daxil idi.
Klublarımız Avropa çempionatında mübarizəyə başlayırlar
Azərbaycanın SOCAR və “Odlar Yurdu” şahmat klublarının Avropa çempionatında iştirak edəcək heyəti məlum olub. Bakı komandaları ötən ildən fərqli olaraq, heyətdə bəzi dəyişikliklər ediblər.
Şahmatçımız sentyabrda 6 rəqibini qabaqlayıb
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Sentyabr üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıblar.