Bakı Qran-prisinin partiyaları canlı yayımlanacaq
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-pri turnirinin Bakıda təşkil olunacaq mərhələ yarışlarının bütün partiyaları rəsmi sayt (baku2014.fide.com) vasitəsilə canlı yayımlanacaq.
“Baku Open 2014”də liderlərin sayı artır
Azərbaycanın Müstəqillik Gününə həsr olunan ənənəvi “Baku Open 2014” beynəlxalq şahmat festivalının ikinci turu başa çatıb.
SOCAR Avropada liderdir
Sentyabrın 14-də İspaniyanın Bilbao şəhərində şahmat üzrə klublararası Avropa çempionatı başlanıb. Yarışda iştirak edən kişilərdən ibarət 52 klubun mübarizəsində ölkəmizi SOCAR və “Odlar Yurdu” komandaları təmsil edirlər. SOCAR-ın heyətində Teymur Rəcəbov (2717), Şəhriyar Məmmədyarov (2756), Aniş Qiri (2758), Anton Korobov (2673), Van Hao (2730), Eltac Səfərli (2655), Maykl Adams (2752) və Veselin Topalov (2784) çıxış edirlər.
“Baku-Open 2014”də C turniri başa çatıb
Respublika Şahmat Mərkəzində keçirilən Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş “Baku-Open 2014” beynəlxalq şahmat festivalında C turniri (12 yaşınadək uşaqlar arasında) başa çatıb.
Tehrandan bürünc mükafat sorağı
Azərbaycan qrossmeysteri Azər Mirzəyev Tehranda başa çatmış “ECO Chess Cup 2014” beynəlxalq şahmat turnirində üçüncü yeri tutub.
Avropa klubları Bilbaoda yarışırlar
Sentyabrın 13-dən 20-dək İspaniyanın Bilbao şəhərində şahmat üzrə Avropa klubları kuboku keçirilir.
Şahmat həlletməsi üzrə yığmamız Berndə yüksək nəticə göstərib
İsveçrənin paytaxtı Bern şəhərində 57-ci Dünya Şahmat Bəstəçiliyi konqresi (57th World Congress of Chess Composition) keçirildi. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federaiyasının (World Federation for Chess Composition) iclasları, yeni prezidentin seçkisi və ən əsas tədbır, şahmat məsələlərinin həlli üzrə 38-ci dünya çempionatı (38th World Chess Solving Championship) daxil idi.
Klublarımız Avropa çempionatında mübarizəyə başlayırlar
Azərbaycanın SOCAR və “Odlar Yurdu” şahmat klublarının Avropa çempionatında iştirak edəcək heyəti məlum olub. Bakı komandaları ötən ildən fərqli olaraq, heyətdə bəzi dəyişikliklər ediblər.
Şahmatçımız sentyabrda 6 rəqibini qabaqlayıb
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Sentyabr üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıblar.
Sədərəkdə şahmatçılar: “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq”, - dedilər
Sədərək Rayon Gənclər və İdman İdarəsi və şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub.
Qrossmeysterlərimiz super liqada yarışırlar
Türkiyənin Kocaeli şəhərində avqustun 19-da start götürən “Türkiyə İş Bankası Super Şahmat Ligi -2014” davam edir. Hər komandanın tərkibində 10 zəka sahibi olmaqla, ümumilikdə 13 komanda (225 şahmatçı), qələbə uğurunda mübarizə aparır.
Şahmatçılarımız Əbu-Dabidə yarışırlar
Avqustun 20-də Avqustun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə 21-ci beynəlxalq şahmat festival start götürüb.
Marafon Bakıda başlayıb, Moskvada yekunlaşacaq
FİDE Qran-prisinin mərhələ yarışlarının tarixi müəyyənləşib. Mərhələ yarışlarında iştirak edəcək qrossmeysterlərin də adları açıqlanıb. Belə ki, FİDE Qran-prisinin mərhələ yarışları 4 ölkədə baş tutacaq. 4 mərhələdən ibarət yarış bu ilin oktyabr ayında başlayıb, növbəti ilin mayın ayında yekunlaşacaq.
FİDE prezidenti dəyişmədi
Zurab Azmayparaşvili Avropa Şahmat İttifaqının (AŞİ) prezidenti seçkilərində qalib gəlib. O, növbəti dörd ildə bu vəzifəni tutacaq.
Bakı estafeti Batumiyə təhvil verəcək
2018-ci ildə Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi şəhərin adı müəyyənləşib. FİDE-nin Tromsöde keçirilən Konqresində yarışın ev sahibliyi hüququ Gürcüstanın Batumi şəhərinə həvalə olunub.
Tromsödə mükafatçılar sırasında yer almaq mümkündür
Norveçin Tromsö şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası sona yaxınlaşır. Kişilərdən və qadınlardan ibarət komandamızın çıxışları isə diqqətdən kənarda qalmır. Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət komandamız Tromsödə mükafatçılar sırasında yer ala bilər.
Həvəskar şahmatçıların yarışı yekunlaşdı
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə məhəllə və mikrorayonlarda bir sıra idman tədbirləri keçirilib.
Şahmat olimpiadasında liderlik komandamıza məxsusdur
Xəbər verdiyimiz kimi, avqustun 2-də Norveçin Tromsö şəhərində Dünya Şahmat Olimpiadası başlayıb. Məlumat üçün bildirək ki, Olimpiadada ümumilikdə 317 kollektiv, o cümlədən Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları iştirak edirlər.
Şəhriyarın Fransada parlaq qələbəsi
Kişilərdən ibarət komandamız isə Şəhriyar Məmmədyarovun parlaq qələbəsi sayəsində Fransanı məğlub etməyi bacarıb
Komandalarımız Dünya Şahmat Olimpiadasında uğurla çıxış edirlər
Avqustun 2-də Norveçin Tromsö şəhərində Dünya Şahmat Olimpiadası start götürüb. Olimpiadada ümumilikdə 317 komanda, o cümlədən Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları da iştirak edir.
Qrossmeysterimiz avqust ayında mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Avqust ayı üçün açıqlanan siyahıda Azərbaycan təmsilçiləri də yer alıblar.
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
Sentyabrın 21-dən oktyabrın 1-dək Azərbaycanın paytaxtında Müstəqillik Gününə həsr olunmuş “Baku open-2014” beynəlxalq şahmat festivalı keçiriləcək.
Millimiz uşaqlarla şahmat seansında yarışdı
Şahmat üzrə milli komandamızın üzvləri mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş seansda iştirak ediblər. Millinin üzvləri Vüqarın 28 yaşının tamam olması münasibətilə 28 lövhədə seans təşkil ediblər. Seansda yığmanın kapitanı Aleksandr Xalifman, şahmatçılardan Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli iştirak ediblər.
Qrossmeysterimiz Yunanıstanda yarışır
Yunanıstanın Paleoxora şəhərində şahmat üzrə 6-cı beynəlxalq open-turnir keçirilir.
Şahmatçılarımız beynəlxalq şahmat festivalında iştirak ediblər
Gürcüstanın Poti şəhərində Olimpiya çempionu Nana Aleksandriyanın şərəfinə keçirilən beynəlxalq şahmat festivalına yekun vurulub.
Millimiz uşaqlarla şahmat seansında yarışdı
Şahmat üzrə milli komandamızın üzvləri mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş seansda iştirak ediblər
“Nana Aleksandriya Kuboku 2014” başa çatıb
Gürcüstanın Poti şəhərində beynəlxalq qrossmeyster Nana Aleksandriyanın xatirəsinə həsr olunmuş “Nana Aleksandriya Kuboku 2014” turniri başa çatıb.
Vüqar Həşimovun abidəsinin açılışı olub
Dünən Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub
Vüqar Həşimov Memorialı başlayır
Bu gün Bakıda mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürür
Qrossmeysterimiz xatirə turnirində iştirak edir
Varşavada keçirilən şahmat festivalı Migel Naydorfun anadan olmasının 104 illiyinə həsr olunur. Turnirdə 84 şahmatçı, o cümlədən 31 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeyster Vasif Durarbəyli təmsil edir.