Zəka sahiblərimiz beynəlxalq şahmat festivalında mübarizə aparırlar
Gürcüstanın Poti şəhərində yerli administrasiyanın dəstəyi ilə “Nana Aleksandriya Kuboku-2014” beynəlxalq şahmat festivalı start götürüb. Turnirdə müxtəlif kateqoriyalar üzrə yarışlarda 12 ölkədən ümumilikdə 150-dən çox zəka sahibi mübarizə aparır.
İsmayıllıda yeniyetmələr arasında Azərbaycan Şahmat Olimpiadası keçirilir
İsmayıllıda 16 yaşınadək yeniyetmələr arasında Azərbaycan Şahmat Olimpiadası start götürüb. Yarışda ölkəmizin paytaxtla yanaşı, 40-a yaxın şəhərindən 543 zəka sahibi birincilik uğrunda mübarizə aparır.
Yığmamız IX beynəlxalq şahmat turnirində 5-ci oldu
Moskvada gənc şahmatçılar arasında Vladimir Dvorkoviç IX Beynəlxalq şahmat turnirinin sonuncu turu başa çatıb.
Paris çempionatında 10 qrossmeyster yarışır
Azərbaycan qrossmeysteri Namiq Quliyev 89-cu Paris çempionatında iştirak edir. Turnirdə cəmi 40 idmançı, o cümlədən 10 qrossmeyster arasında mübarizə gedir.
Şahmatçımız yarışda çıxışını davam etdirir
İspaniyanın Benaske şəhərində şahmat üzrə 34-cü beynəlxalq open-turnir, davam edir.
“Olimpiya dünyası-2014” beynəlxalq yarışları
“Olimpiya dünyası” qəzeti 2014-cü il üçün şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar keçirir. Yarışlar, ənənəvi olaraq, dörd bölmə (etüdlər, ikigedişli, üçgedişli, çoxgedişli) üzrə aparılır.
Qrossmeysterimiz İspaniyada yarışır
İspaniyanın Benanske şəhərində şahmat üzrə 34-cü beynəlxalq open-turnir başlayıb. Turnirin ilk turunda 45 oyun qələbə ilə başa çatıb. Birinci turda qalib gələnlər arasında azərbaycanlı qrossmeyster Vasif Durarbəyli də var. Onun rəqibi ispaniyalı Enrike de la Fuent olub.
Gənclər İsmayıllı olimpiadasına hazırlaşırlar
Gənclər arasında Azərbaycanın şahmat olimpiadası İsmayıllı şəhərində keçiriləcək. Yarışda iştirak etmək üçün artıq 150 şahmatşı sifariş verib.
Azərbaycan yığması dördüncü yerdədir
Moskvada gənclər arasında keçirilən “Vladimir Dvorkoviç Kuboku” beynəlxalq turnirinin altıncı turunda Azərbaycan yığması qələbə qazanıb.
Avropa Şahmat İttifaqı UNESCO-nun himayəsi ilə tədbirlər keçirəcək
Avropa Şahmat İttifaqı (AŞİ) özünün bəzi tədbirlərinin UNESCO-nun himayəsi ilə keçirilməsinə rəsmi icazə alıb. Beynəlxalq qurumun himayəsi altında ilk yarış bu il iyulun 5-18-də Plovdivdə keçiriləcək qadınlar arasında Avropa çempionatı olacaq.
Azərbaycan şahmatçıları Moskvada
Rusiyanın paytaxtı Moskvada Vladimir Dvorkoviç adına Şahmat Qonaq Evi tanınmış hakimin xatirəsinə oğlanlar və qızlar arasında beynəlxalq komanda turniri keçirir.
Kavalada parlaq qələbə
Yunanıstanın Kavala şəhərində məktəblilər arasında şahmatın rapid və blits növü üzrə dünya çempionatı, klassik şahmat üzrə isə Avropa çempionatı keçirilir.
Şahmat üzrə yeni ölkə çempionu
Qrossmeyster Ülvi Bacarani 2014-cü ilin Azərbaycan çempionudur. Çempionatın sonuncu turunda Zaur Məmmədovla görüşdə qalib gələrək 7 mümkün xaldan beş xal toplamış Ülvi Bacarani qızıl medalın sahibi olub.
Qrossmeysterimizin siması Brüsselin divarlarında əks olunub
“Street art” (“Küçə sənəti”) ilə məşhur olan Brüsselin divarlarında artıq mərhum şahmatçımız Vüqar Həşimovun da simasına rast gəlmək mümkündür.
Avropa çempionatında ölkəmizin idman şərəfini 12 şahmatçı qoruyacaq
Bolqarıstanın Plovdiv şəhərində qadınlar arasında şahmat üzrə XV şəxsi çempionat keçiriləcək.
FİDE yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 1 iyun 2014-cü il üçün rapid və blits üzrə reytinq cədvəlləri dərc edilib.
Sumqayıt şahmatçısı Avropada üçüncüdür
Monteneqronun İqalo şəhərində şahmat məsələlərinin həlli üzrə 10-cu Avropa çempionatı başa çatıb. Artıq uzun illərdir ki, ənənəvi olaraq çempionat öncəsi Open turnir və Quick-Şou turnirləri keçirilir ki, bu da əsas yarış öncəsi həllçilər üçün yaxşı məşq olur.
“Dünyanın gənc ulduzları”nın mübarizəsi sona çatdı
Rusiyanın Kirişi şəhərində keçirilən Leninqrad vilayətinin ən güclü gənc şahmatçılarından birinin - Vanya Somovun xatirəsinə həsr olunmuş “Dünyanın gənc ulduzları” beynəlxalq şahmat turniri başa çatıb.
Hind şahmatçısı liderliyi əldən verməyib
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ölkənin birinci qrossmeysteri Georgi Aqzamovun xatirəsinə həsr olunmuş VIII beynəlxalq şahmat turniri başa çatıb.
Maqnus Karlsen: “O, həmişə çox parlaq və maraqlı oyunu ilə fərqlənirdi”
Şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsen Rusiya KİV-lərinə verdiyi müsahibədə aqressiv rəqiblərin strategiyasından, habelə Azərbaycan qrossmeysteri Vüqar Həşimovdan danışıb.
15 milyon kron olmasa Şahmat Olimpiadası keçirilməyəcək?
Norveç Şahmat Federasiyasının prezidenti Yoran Aulin-Yansson bildirib, Tromsedə Şahmat Olimpiadası keçirilməsi vəsait çatışmazlığı üzündən ləğv edilə bilər.
Vergi xidməti əməkdaşlarının ənənəvi şahmat turnirinə yekun vurulub
Vergi xidməti əməkdaşları arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə mayın 3-də yekun vurulub.
SOCAR-ın kapitanı “Zanbaqlar ölkəsi”ndə işləyəcək
SOCAR şahmat klubunun kapitanı Vladimir Tukmakov şahmat üzrə Hollandiya yığmasının yeni baş məşqçisi təyin olunub. Tukmakov bu vəzifədə Vladimir Çuçelovu əvəz edib.
12 ölkədən 300-ə yaxın şahmatçı Naxçıvanda yarışır
Mayın 4-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Nakhchivan Open-2014” şahmat festivalı başlayıb.
“Shamkir Chess-2014” beynəlxalq turnirinin təntənəli bağlanış mərasimi keçirildi
Aprelin 30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess-2014” beynəlxalq şahmat turnirinin təntənəli bağlanış mərasimi keçirilib.
Vüqar Həşimov memorialı başa çatdı
Aprelin 30-da Vüqar Həşimov memorialında sonuncu turun bütün oyunları başa çatıb.
Teymur Rəcəbov tennisi, Karlsen isə futbolu sevir
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” beynəlxalq turnirinin 9-cu turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Maqnus Karlsen Vüqar Həşimov xatirə turnirində liderliyi ələ alıb
Norveçli Maqnus Karlsen Vüqar Həşimov xatirə turnirinin 7-ci turunda ABŞ qrossmeysteri Hikaru Nakamura ilə görüşü qələbə ilə başa çatdırıb
Rəcəbov dünya çempionu Karlseni məğlub etdi
Aprelin 24-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilmiş beynəlxalq şahmat turnirinin 5-ci turu keçirilib.
Dünya çempionu uduzdu
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin 4-cü turunda dünya çempionu Maqnus Karlsen İtaliya təmsilçisi Fabiano Karuanaya uduzub.