Bakı-2015-in xüsusi poçt markaları dövriyyəyə buraxılıb
Aprelin 23-də Bakı-2015 ilk Avropa Oyunlarının başlamasına 50 gün qalması münasibətilə yeni poçt markaları dövriyyəyə buraxılıb
İlk Avropa Oyunlarının brendi Londonda“Transform Avropa 2015” mükafatına layiq görülüb
Bakı-2015 ilk Avropa Oyunlarının dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti Londonda vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə “Transform Avropa 2015” mükafatına layiq görülüb
“Birinci Avropa Oyunlarına Dəstək” koalisiyası yaradılıb
Aprelin 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda tədbir keçirilib
İrina Viner-Usmanova: “Bədii gimnastika üzrə Rusiya yığması birinci Avropa Oyunlarında güclü heyətlə çıxış edəcək”
“Bədii gimnastika üzrə Rusiya yığması birinci Avropa Oyunlarında güclü heyətlə çıxış edəcək”. Bu sözləri Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova deyib.
Avropa Parlamentində Bakı-2015 ilk Avropa Oyunlarının təqdimatı keçirilib
Avropa Parlamentində Bakı-2015 ilk Avropa Oyunlarının təqdimatı olub. Tədbirin təşkilində Avropa İttifaqının Bolqarıstandan olan deputatı İlhan Küçük xüsusi fəallıq göstərib.
Finlandiyalı voleybolçu: “Avropa Oyunları Rio-2016 Olimpiya Oyunlarına təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir”
Finlandiyalı məşhur çimərlik voleybolçusu Riikka Lehtonen əmindir ki, Avropa Oyunları onun üçün Rio-2016-ya vəsiqə qazanmaq yolunda dönüş nöqtəsi olacaq.
Prezident İlham Əliyev Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Su İdmanı Sarayının açılışını edib
Aprelin 20-də Bakı Su İdmanı Sarayının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.
Avropa Oyunlarının məşəli ölkənin 60 yaşayış məntəqəsindən keçəcək
Aprelin 20-də Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində yarışın məşəl proqramı açıqlanıb
İsveçrənin nüfuzlu “L’Extension” jurnalında ilk Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib
İsveçrənin geniş oxucu kütləsinə malik nüfuzlu “L’Extension” jurnalında müəllif Klod Eqinin “Bakıda birinci Avropa Oyunları: Yeni tədbir üçün Olimpiya ruhu” sərlövhəli məqalə dərc edilib. Məqalədə bu ilin iyununda ilk dəfə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətindən söz açılıb, çoxnövlü idman yarışında Avropanın 49 Olimpiya Komitəsindən 6 minədək atletin idmanın 20 növü üzrə mübarizə aparacağı bildirilib.
Bakı-2015 ilk Avropa Oyunlarının kanoe yarışlarında Serbiyanı təmsil edəcək ilk idmançılar bəlli olub
Ada Ciganlija yarımadasında idmanın kayak və kanoe növləri üzrə keçirilmiş milli seçmə yarışlarda uğurlu nəticə göstərən 10 idmançı Serbiyanı Çexiyada keçiriləcək Avropa çempionatında və Bakı-2015 ilk Avropa Oyunlarda təmsil etmək hüququ qazanıb.
Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru “Giltex” fabrikində olub
Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Gilan” tekstil parkının ticarət nişanı “Giltex” fabrikində olub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakı-2015 Brüsseldə təqdim olunub
Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Bakı-2015 birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.
Gənc taekvondoçu Erika Nikoli İtaliyanı ilk Avropa Oyunlarında təmsil etmək hüququ qazanıb
Bakı-2015 ilk Avropa Oyunlarında İtaliyanı təmsil etmək hüququ qazanan dördüncü taekvondoçu müəyyənləşib.
Berlin TV kanalında Avropa Oyunları ilə bağlı Bakıdan xüsusi reportaj təqdim olunub
Almaniyanın Berlin TV kanalında Avropa Oyunları ilə bağlı Bakıdan xüsusi reportaj təqdim olunub. Aileen Vaurikinin müəllifi olduğu reportajda Bakıda qədimliyin və müasirliyin vəhdət təşkil etdiyi vurğulanır.
Tomaş Ayan: “Azərbaycan ilk Avropa Oyunlarını keçirən ilk ölkə kimi tarixə düşəcək”
İnanıram ki, Bakı-2015 İlk Avropa Oyunları uğurla başa çatacaq və Azərbaycan dövləti qarşısına qoyduğu məqsədə nail olacaq. Bu da Azərbaycan üçün gələcəyə ən parlaq vəsiqə olacaq və o, ilk Avropa Oyunlarını təşkil edən ilk ölkə kimi tarixə düşəcək. Mən Azərbaycan dövlətinin başçısına, təşkilat komitəsinin rəhbərinə və xalqınıza uğurlar arzulayıram. Bu sözləri KİV-ə Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan söyləyib.
Doqquz hollandiyalı üzgüçü Bakı-2015 Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb
Hollandiyalı doqquz üzgüçü bu ölkənin milli çempionatında uğurlu çıxış edərək Bakı-2015 Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.
Mehriban Əliyeva: “Ümid edirəm ki, ilk Avropa Oyunlarının başlıca fərqli cəhəti qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası olacaq”
“Rossiya 1” telekanalının “Vesti nedeli” analitik proqramında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilən süjet nümayiş olunub.
Belçikada Bakı-2015 Avropa Oyunlarının təqdimatı olacaq
Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Bakı-2015 Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək
Portuqaliyalı idmançı Avropa Oyunlarını tanıtmaq üçün Bakıya velosipedlə gələcək
Portuqaliyalı idmançı Horhe Kristovao Lissabon şəhərindən Azərbaycanın paytaxtı Bakıya velosipedlə gələcək. İdmançı səyahətinə aprelin 10-da başlayıb. Yeddi min kilometr məsafə qət edəcək H.Kristovao səyahəti boyu bir çox ölkədən keçərək, iyunun 10-da paytaxtımıza çatacaq.
Çimərlik futbolu üzrə İsveçrə millisi Avropa Oyunlarına hazırlığı davam etdirir
Bakı-2015 ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışlarda mübarizə aparacaq İsveçrə yığması yoldaşlıq görüşləri keçirib.
İtaliyanı Avropa Oyunlarında basketbol üzrə 3x3 yarışlarında təmsil edəcək idmançılar müəyyənləşib
İtaliyanı Bakı-2015 ilk Avropa Oyunlarında kişilər arasında keçiriləcək basketbol üzrə 3x3 yarışlarında təmsil edəcək idmançıların adı məlum olub.
“Rossiya 24” kanalının “Yeni Bakı” xüsusi reportajı Avropa Oyunlarına həsr edilib
Aprelin 12-də “Rossiya 24” telekanalında Bakıda keçiriləcək Avropa Oyunlarına həsr edilmiş xüsusi reportaj təqdim olunub.
Moskvada Bakı-2015 birinci Avropa Oyunlarının təqdimatı keçirilib
Aprelin 10-da Moskvada Azərbaycanda keçiriləcək Bakı-2015 birinci Avropa Oyunlarının təqdimatı olub. Mərasimdə Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.
Avropa Oyunları üçün nəzərdə tutulan bütün idman obyektləri aprelin sonunadək istifadəyə veriləcək
A.Rəhimov ölkəmizdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına hazırlıq prosesinin plan üzrə getdiyini bildirib.
İsveçli Avropa çempionunun əsas məqsədi Bakı-2015-də uğur qazanmaqdır
Son aylarda taekvondo üzrə keçirilən yarışlarda mühüm xallar toplayan 20 yaşlı isveçli idmançı Nikita Qlasnoviçin əsas məqsədi Bakı-2015-də uğur qazanmaqdır.
Avropa Oyunlarında çempion olacaq taekvondoçu aktivinə 40 xal əlavə edəcək
Birinci Avropa Oyunlarında taekvondo üzrə qalib gələcək idmançıların reytinq xalları müəyyənləşib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan taekvondoçu aktivinə 40 xal, ikinci pilləyə sahib olan 25 xal, üçüncü yeri tutacaq idmançı isə 10 xal əlavə etmiş olacaq.
İtaliyanın voleybol üzrə kişilərdən ibarət komandasının heyəti açıqlanıb
İtaliya voleybol komandasının məşqçisi Mauro Berruto Avropa Oyunları üçün komandasının ilkin heyətini elan edib.
Bakı-2015 Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələr məlum olub
Yunanıstanın Marafon şəhərində keçirilmiş Avropa Qran-pri yarışlarında Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna kamandan oxatma üzrə həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün üç kvota yeri əldə ediblər.
Bakı-2015 Avropa Oyunlarına bilet satışına start verildi
Aprelin 3-də birinci Avropa Oyunlarının bilet satışına start verilib