EKSTREMAL IDMAN NÖVLERI
Avropa çempionatı ləğv olundu
Bu il Estoniyanın Tartu şəhərində keçirilməsi planlaşdırılan triatlon üzrə Avropa çempionatı ləğv olunub. Qurum koronavirus pandemiyası və onun səbəb olduğu səyahət məhdudiyyətlərinə görə bu addımı atıb.
Hazırda Ukraynada təlim-məşq toplanışında olan Azərbaycan millisinin də qitə birinciliyində iştirakı nəzərdə tutulurdu.
Qeyd edək ki, Avropa çempionatı 28 - 30 avqustda təşkil olunmalı idi.
Paylaş :