TAEKVONDO
Yeniyetmə taekvondoçuların mübarizəsi yekunlaşdı
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş taekvondo üzrə ölkə birinciliyi və çempionatında yeniyetmələrin mübarizəsinə yekun vurulub. Taekvondoçular yeni qaydalara uyğun boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) əsasən yarışıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 28-də başa çatacaq.
Paylaş :