GİMNASTİKA
İdman gimnastımız Dünya kubokunun Osiyek mərhələsində gümüş medal qazanıb
Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə Dünya kuboku keçirilir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın dördüncü mərhələsində ölkəmizi təmsil edən gimnast Nikita Simonov uğurlu çıxışı ilə fərqlənib.
İdmançımız halqalarla hərəkətlər proqramında 14.500 xal toplayaraq turnirin ikinci pilləsində qərarlaşıb və gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Nikita Simonov bu mövsüm Bakı mərhələsində qızıl medal, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində keçirilən Dünya kuboku yarışlarında isə gümüş medal qazanıb.
Paylaş :