DİGƏR NÖVLƏR
“Prezident Kuboku-2025” çərçivəsində avarçəkmə nümayişi və əyləncəli proqram təşkil olunacaq
Füzuli şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində yerli sakinlər üçün xüsusi tədbir keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı peşəkar avarçəkənlərin nümunəvi çıxışları nümayiş olunacaq. Bununla yanaşı, uşaqlar və yeniyetmələr üçün maraqlı viktorinalar təşkil ediləcək. Proqram çərçivəsində iştirakçılar avarçəkmə qayıqları və trenajorlarda özlərini sınamaq imkanı da əldə edəcəklər.
Aprelin 28-də Köndələnçay su anbarında təşkil olunacaq əyləncə və maarifləndirici proqram Füzuli sakinlərinə unudulmaz anlar yaşadacaq.
Paylaş :