GİMNASTİKA
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir
Aprelin 18-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start verilib.
Yarışda 39 ölkəni təmsil edən gimnastlar medallar uğrunda mübarizə aparırlar. İştirakçılar ayrı-ayrı alətlər və çoxnövçülük proqramı üzrə çıxış edirlər.
Azərbaycanı fərdi proqramda Kamilla Seyidzadə və Zöhrə Cəfərova, həmçinin qrup hərəkətləri komandası təmsil edir.
Turnir aprelin 20-dək davam edəcək.
Paylaş :