VOLEYBOL
Yüksək Liqada bürünc medal uğrunda mübarizəyə start verilir
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda qarşılaşmalara start veriləcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq ilk görüşdə “Gəncə” komandası “Milli Aviasiya Akademiyası” ilə qarşılaşacaq. Bürünc medal uğrunda ilk oyun saat 15:00-da başlayacaq.
Üçüncü yerin sahibi iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əgər komandalar hərəyə bir qələbə qazansa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq.
Qarşılaşmaların ikinci oyunu sabah keçiriləcək.
Paylaş :