DİGƏR NÖVLƏR
Triatlonçumuz Türkiyədə qızıl medal qazandı
Triatlon üzrə milli komandamızın üzvləri Türkiyənin Serik şəhərində keçirilən Türkiyə Kubokunda ölkəmizi uğurla təmsil ediblər.
Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda müxtəlif yaş kateqoriyalarında çıxış edən idmançılarımız arasında ən yüksək nəticəyə Raul Mahmudov imza atıb. 2011-ci il təvəllüdlü idmançılar arasında mübarizə aparan təmsilçimiz bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2012-ci il təvəllüdlülər arasında çıxış edən Şamil Dövlətov isə yeddinci pillədə qərarlaşıb.
2008-2010-cu illər təvəllüdlü idmançılar arasında təşkil olunan və 56 triatlonçunun iştirak etdiyi mübarizədə isə Əli Rzazadə 14-cü, Tamerlan Musayev 22-ci, Teymur Cəfərov isə 26-cı yerdə finiş xəttini keçiblər.
Paylaş :