ATLETİKA
Useyn Bolta məxsus rekord qırıldı
Cənubi afrikalı sprinter Akani Simbine atletika tarixində yeni bir uğura imza atıb. O, ardıcıl 10 mövsüm ərzində 100 metr məsafəni 10 saniyədən az müddətdə qət edərək yamaykalı əfsanə Useyn Boltun rekordunu geridə qoyub. 31 yaşlı atlet bu nailiyyəti Botsvanada keçirilən “Qızıl Qran Pri” turnirində rəsmiləşdirib. Simbine məsafəni 9,90 saniyəyə qaçaraq rekord nəticə əldə edib.
Əvvəlki rekord Useyn Bolta məxsus idi. Yamaykalı sprinter də 10 mövsüm ardıcıl olaraq bu məsafəni 10 saniyədən az müddətdə qət etmişdi.
Qeyd edək ki, Akani Simbine Fransada keçirilən Paris-2024-ün gümüş mükafatçısıdır.
Paylaş :