DİGƏR NÖVLƏR
Rusiyalı hokkeyçi NHL-də daha bir əlamətdar uğura uğura imza atdı
"Vaşinqton" klubunun rusiyalı hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasında (NHL) daha bir əlamətdar nailiyyətə imza atıb. Təcrübəli hokkeyçi “Pittsburq”la qarşılaşmada mövsümdəki 44-cü qolunu vuraraq 1968/1969 mövsümündə Qordi Houya məxsus olan rekordu təkrarlayıb.
Qarşılaşma "Pinqivinlər"in 5:2 hesablı qələbəsi ilə başa çatıb. 39 yaşlı Oveçkin NHL tarixində müntəzəm mövsümlərdə ən çox qol vuran oyunçudur.
Xatırladaq ki, o, daha əvvəl Milli Hokkey Liqasının mövsümi çempionatlarında vurulan şaybaların sayına görə kanadalı hücumçu Ueyn Qretskini geridə qoyaraq rekord qırmışdı.
Paylaş :