DİGƏR NÖVLƏR
Parabadmintonçumuz "Fair Play" mükafatına layiq görülüb
Azərbaycan parabadmintonçusu Ayan Əliyeva "Fair Play" mükafatına layiq görülüb. Mükafat ona Serbiyada keçirilmiş ISF U-15 Gimnaziada İdman Oyunlarında təqdim edilib.
A.Əliyeva turnirdə nümayiş etdirdiyi yüksək idman mədəniyyəti və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə təşkilatçılar tərəfindən "Ədalətli Oyun" nominasiyasında fərqləndirilib.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülür.
Paylaş :