OLİMPİZM
Rio-2016-nın qalibi əsəblərini cilovlaya bilməyib
"Sakramento Kinqs"in basketbolçusu DeMar DeRozan suşi restoranında dava-dalaş salıb. TMZ xəbər verir ki, hadisə cümə günü axşam saatlarında Kalabasas şəhərində (Kaliforniya, ABŞ) restoranlardan birində baş verib. Hadisə şahidinin sözlərinə görə, münaqişə ziyarətçilərdən birinin telefonun işığını DeRozanın üzünə tutması ilə başlayıb. O, bu hərəkətdən qəzəblənərək, sərt reaksiya verib. Həmin hadisənin görüntüləri saytda yer alıb. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, basketbolçu restoran sahibinə də zərbə endirib. Hadisə ilə bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, 35 yaşlı DeRozan ABŞ milli komandasının heyətində 2014-cü ildə İspaniyada keçirilən dünya çempionatının qalibi və Rio-2016 Yay Olimpiya oyunlarının çempionudur.
Paylaş :