OLİMPİZM
İkiqat Olimpiya çempionu: "Yarış vaxtı özümlə yarışıram"
Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu, dünya rekordçusu isveçli Armand Duplantis yarış zamanı rəqibləri ilə mübarizəsi barədə açıqlama verib.
"Şüvüllə tullanma fərdi idman növüdür. Biz yarış zamanı rəqiblərimizlə rəqabət aparırıq. Nə qədərüstün olmaq istəsək də, rəqib olaraq çox səmimiyyət göstərməli oluruq. Çalışırıq ki, daha üstün göstərici ilə birinciliyi qoruya bilək. Hər kəs öz bacarığını nümayiş etdirir. Şəxsən mən yarış vaxtı özümlə yarışıram. Nə qədər qəribə gəlsə də xoş, münasibət yeni uğurların müjdəsini verir. Yeri gəlmişkən, güclü rəqiblərim var. Azacıq təşəbbüsü əldən versəm, onlardan geri qala bilərəm", - deyə beynəlxalq federasiyanın rəsmi saytı isveçli atletdən sitat gətirib.
Qeyd edək ki, Duplatis Paris-2024 Yay Olimpiya Oyunlarında ikiqat çempion tituluna yiyələnib. 24 yaşlı Duplantis olimpiadanınn ilk qızıl medalını Tokio-2020-də əldə etmişdi. O, bu uğura 6,02 metr məsafəni qət etməklə yiyələnmişdi.
Paylaş :