TENNİS
Stolüstü tennisçimiz Sarayevoda bürünc medal qazandı
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatçısı olub.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələrlə növbəti mərhələyə lider kimi adlayan Onur 1/16 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.
Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2:3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalını qazanıb.
Paylaş :