OLİMPİZM
Olimpiya çempionu yeni rekord üçün Çinə yollanıb
Tokio-2020 Yay Olimpiya Oyunlarının atletika üzrə çempionu norveçli Karsten Uarholm özünməxsus olan rekordu yeniləmək üçün Çinə yollanıb. O, 300 metr məsafəyə maneələrlə qaçışda dünya rekordunu 33,26 saniyəyə çatdırmaq istəyir. Karsten bu gün Çinin Xiamen şəhərində keçiriləcək Brilyant Liqasının birinci mərhələsində mübarizəyə qoşulacaq. "Daha çox məşq etmək üçün qapalı hava mövsümünü əldən verdim. Etiraf etmək istəməsəm də, yaş öz sözünü deyir. Ona görə də illərdir stres altında olan bu zavallı ayaqlarımın qeydinə qalmalıyam. Keçən rekordumu yaxşılaşdırmaq istədim, amma bacarmadım. Ümid edirəm ki, bu dəfə Xiamendə əlimdən gələni edəcəyəm”, - NRK idmançının sözlərindən sitat gətirib.
Paylaş :