BASKETBOL
Basketbol Liqası: "Sabah” və “Şəki” ilk yarımfinal duelində üz-üzə gəlir
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Mərhələnin ilk oyun günündə bir “Sabah” və “Şəki” komandaları qarşılaşacaq. Saat 14:00-da başlayacaq oyun Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu “Neftçi” və “Abşeron” komandaları üz-üzə gələcək. Həmin oyun aprelin 27-də saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək.
Paylaş :