DİGƏR NÖVLƏR
Yardımlıda "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirildi
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində Yardımlı rayon Sahil stadionunda təşkil edilən kütləvi idman tədbiri keçirilib. Tədbir çərçivəsində futbol, voleybol, kəndirlə mübarizə, nərd, dama, atletika üzrə yarışlar təşkil edilib. Rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilən tədbir rayon sakinlərində böyük maraq yaradıb.
Paylaş :