TENNİS
Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilir
Aprelin 30-da stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi başlayır.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış “Şüa” idman kompleksində keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə 15 və 19 yaşadək idmançılar (U-15 və U-19 kateqoriyaları üzrə) bacarığını nümayiş etdirəcək.
Yarış üç gün davam edəcək və mayın 3-də qaliblərin və mükafatçıların adları müəyyən olunacaq.
Paylaş :