FUTBOL
"Bavariya" Virtslə razılığa gəldi
Almaniyanın "Bavariya" klubu "Bayer"in yarımmüdafiəçisi Florian Virtslə şəxsi razılıq əldə edib.
Olimpnews.az xəbər verir ki, Leverkuzen təmsilçisi 21 yaşlı futbolçunun transferi üçün azı 100 milyon avro tələb edir. Münhen nəhəngi bu transferlə növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır. Razılaşmanın yay transfer dönəmində rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Florian Virts 2024/2025 mövsümündə çıxış etdiyi 48 oyunda 18 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Paylaş :