FUTBOL
"Canavarlar"ın 4 seçimi var
İtaliya A seriyasında çıxış edən "Komo"nun baş məşqçisi Sesk Fabreqas karyerasını "Roma"da davam etdirmək şansı qazanıb. «Sky Sport»un verdiyi məlumata görə, qərar hazırki baş məşqçi Klaudio Ranyeri cari mövsümün sonunda paytaxt klubunu tərk etməsindən sonra öz təsdiqini tapa bilər.
«Canavarlar» Fabreqasdan əlavə Françesko Farioli (“Ayaks”) və Patrik Vieyra (“Cenoa”) və “Milan”ın sabiq baş məşqçisi Stefano Piolini də ehtiyatda saxlayır.
Paylaş :