FUTBOL
Yan Sommer: "Bir çox komandalar hesab 2:3 olanda təslim olardılar"
Dünən keçirilən "İnter" - "Barselona" matçından sonra finala yüksələn Milan komandasnın qapıçısı Yann Sommer matçın sadəcə inanılmaz olduğunu bildirib. "İnanılmaz oyun keçirdik. Bir çox komandalar hesab 2:3 olanda təslim olardılar. Amma biz bununla barışmadıq. Bu matçda sadəcə iradəmizlə qələbə qazandıq. "Barselona" demək olar ki, bizi turnirdən kənarlaşdırmışdı. Amma biz geri qayıtdıq. Finala çıxmaq çox gözəl hissdir”, - deyə UEFA-nın rəsmi saytı isveçrəli qapıçıdan sitat gətirib.
Qeyd edək ki, "İnter" - "Barselona" qarşılaşması əlavə vaxta "neradzurri"lərin üstünlüyü ilə başa çatıb - 4:3 (3:3).
Paylaş :