DİGƏR NÖVLƏR
Kamandan oxatanlarımızın Avropa Kuboku sınağı
Bolqarıstanın paytaxtı Sofiyada kamandan oxatma üzrə gənclər arasında Avropa Kuboku yarışı keçirilir.
Olimpnews.az xəbər verir ki, 18 ölkədən 204 idmançının iştirak etdiyi yarışda Azərbaycan komandası 8 idmançı ilə təmsil olunur. Mayın 17-dək davam edəcək yarışda komandamızın heyətində Fatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev və İslam İsmayılov yer alıb.
Paylaş :