FUTBOL
Muslera "Qalatasaray"dan gedir
"Qalatasaray" klubunun qapıçısı Fernando Muslera yay transfer pəncərəsində komandadan ayrılacaq.
Olimpnews.az xəbər verir ki, artıq "qırmızı-qaralar" uruqvaylı futbolçunun əvəzinə yeni qapıçı axtarışlarına başlayıb. "Aslanlar "Lyon"un brazilyalı qapıçısı Lukas Perri və "Eyüpspor"un gənc yetirməsi Berke Özer ilə maraqlanır. Həmçinin, rumıniyalı qapıçı Ștefan Tarnovanu da klubun maraqlandığı qapıçılar siyahısındadır.
Qeyd edək ki, 38 yaşlı futbolçu "Qalatasaray" forması ilə 14 il ərzində 429 matçda iştirak edib. Muslera bu illər ərzində 7 Super Liqa, 4 Türkiyə Kuboku və 6 Türkiyə Super Kubokunun qalibi olub.
Paylaş :