FUTBOL
"Arsenal" Rodriqo ilə danışıqlara başlayıb
İngiltərənin “Arsenal” klubu Madrid “Real”ının hücumçusu Rodriqo Qoes ilə maraqlanır.
Olimpnews.az xəbər verir ki, “topçular” braziliyalı futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
24 yaşlı hücumçunun “Real Madrid”lə 2028-ci ilə qədər müqaviləsi olsa da, klub futbolçunun keçidinə müsbət yanaşır. “Sambaçı”nın transfer qiymətinin 70 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
Paylaş :