BOKS
Azərbaycan Boks Federasiyası "World Boxing"ə üzv olub
Azərbaycan Boks Federasiyası (ABF) "World Boxing"ə üzv olub.
Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq federasiya üzvlüyü bu gün təsdiqləyib.
"World Boxing" (Dünya Boksu) 2023-cü il aprelin 13-də yaradılıb. Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boksa cavabdehlik daşıyır.
Paylaş :