FUTBOL
Bir dövrün sonu: Modriç “Real”ı tərk edir
Madrid “Real”ının ulduz futbolçusu Luka Modriç “Kral klubu” ilə yollarını ayırmaq qərarına gəlib.
Olimpnews.az “Marca”ya istinadən xəbər verir ki, 38 yaşlı futbolçu mayın 24-də Santyaqo Bernabeuda “Real Sosiedad”la matçda azarkeşlərlə vidalaşacaq.
Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi 2012-ci ildə İngiltərənin "Tottenhem" klubundan “Real”a transfer olunub. Modriç bu illər ərzində komandanın heyətində 6 dəfə Çempionlar Liqası, 4 dəfə La Liqa, 2 dəfə İspaniya Kral Kuboku və bir çox titulları qazanıb. O, həmçinin 2018-ci ildə "Qızıl top" (Ballon d'Or) mükafatının sahibi olub.
Paylaş :