ANA SƏHİFƏ
Minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilir
Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək.
Milli Gimnastika Arenasında keçirilən yarışların üçüncü günündə daha 8 qarşılaşma təşkil olunacaq.
A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.
C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək.
Dünya çempionatı
Qrup mərhələsi
II tur
23 may
A qrupu
12:45. Mavritaniya - Bəhreyn
20:45. Sloveniya - Azərbaycan
B qrupu
14:00. Fransa - Özbəkistan
16:30. Çad - Rumıniya
C qrupu
15:15. İngiltərə - Macarıstan
19:30. Ukrayna - Türkiyə
D qrupu
18:15. Bolqarıstan - Hindistan
22:00. Portuqaliya - Slovakiya
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Paylaş :