FUTBOL
Misli Premyer Liqasında sonuncu tura start verilir
Bu gün futbol üzrə Misli Premyer Liqasında sonuncu turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, XXXVI turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Turun açılış oyununda "Səbail" klubu “ASCO Arena”da "Sumqayıt"la qarşılaşacaq.
Saat 19:30-da start götürəcək oyunun baş hakimi Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, “Sumqayıt” komandası 35 turdan sonra 30 xalla 9-cu pillədə qərarlaşıb. Aktivində 22 xalı olan “Səbail” isə onuncudur.
Qeyd edək ki, sonuncu pillədə yer alan “Səbail”in artıq Premyer Liqa ilə vidalaşacağı dəqiqləşib.
Turun digər oyunları mayın 24-25-də keçiriləcək.
Paylaş :