FUTBOL
"Sumqayıt" Premyer Liqanı qələbə ilə başa vurdu
Bu gün futbol üzrə Misli Premyer Liqasında sonuncu - XXXVI turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, sonuncu turun açılış oyununda “Səbail” klubu "Sumqayıt"I qəbul edib. “ASCO Arena” təşkil olunan qarşılaşmada qonaqlar böyükhesablı qələbə qazanıblar -1:4.
Oyunda hesabı 21-ci dəqiqədə Suleyman Alluş açıb. Akin tezliklə "Gənclik şəhəri" təmsilçisi hesbada tarazlığı bərpa edib. Sərdar Taşkın 28-ci dəqiqədə bərabərlik qolunu vurub. Hücumlarının kəsərini artıran sumqayıtlılar 59-cu dəqiqədə Giorgi Karaişvilinin penalti zərbəsi komandasını hesabda önə keçirib. Oyunun 79-cu dəqiqəsində Ronaldo Vaskes fərqi iki topa çatdırıb. Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə “Sumqayıt”ın futbolçusu Roy Kehat vurub.
Beləliklə, “Səbail” klubu 22 xalla Premyer Liqanı sonuncu pillədə başa vurub. "Sumqayıt"isə hazırda 33 xalla bir oyun az keçirən “Kəpəz”I qabaqlayaraq səkkizinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Misli Premyer Liqasına mayın 25-də yekun vurulacaq.
Paylaş :